Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:54

«Drujinalar» bərpa olunur?..


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı
«Parlament «Polis haqqında» qanuna dəyişiklik etməyə hazırlaşır. Dəyişiklik cinayətkarlıqla mübarizədə ictimaiyyətin imkanlarından istifadə edilməsini nəzərdə tutur».

Bu sözləri «Azadlıq» radiosuna Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.

F.Ağamalı deyir ki, dəyişiklik qəbul ediləndən sonra vətəndaşlar könüllülük əsasında ictimai asayişin qorunmasında polisə yardım edəcəklər. Ancaq məhdudiyyətlər də olacaq:

«Ruhi xəstələrin, narkotik maddə aludəçilərinin, əyyaşlıqla məşğul olanların bu məsələyə cəlb edilməsi qanunla qadağan ediləcək».

Qanun layihəsi parlamentin növbəti plenar iclasında müzakirə olunacaq.

Sovet dövründə vətəndaşların könüllülük əsasında ictimai asayişin qorunmasında polisə yardım etməsi - xalq milisi – «drujinalar» adlanırdı.
XS
SM
MD
LG