Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:09

Sabirabad və Şirvan su altında


yaranmış vəziyyətlə bağlı prezident yanında müşavirə keçirilib
yaranmış vəziyyətlə bağlı prezident yanında müşavirə keçirilib
Kür çayının bəndləri dağıtması nəticəsində mayın 6-dan Sabirabad rayonunun və Şirvan şəhərinin bəzi yaşayış məntəqələri su altında qalıb.

Rayon sakinlərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, Sabirabadın Dadaşbəyli, Şirvan şəhərinin isə Bayramlı qəsəbəsi su içərisindədir. Bundan başqa, su sürətlə digər yaşayış məntəqələrinə doğru axmaqdadır. İnsan tələfatı haqqında hər hansı məlumat yoxdur, ancaq sakinlər öz evlərini tərk etdiklərini deyirlər.

Sabirabada gedən yollardan birini su basdığından həmin istiqamətdə rayonla əlaqə tam kəsilib.

Hazırda Fövqəladə Hallar naziri Kəmalləddin Heydərov, baş nazirin müavini Abid Şərifov, Meliorasiya və Su Təssərüfatı Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə və icra nümayəndələri bəndin dağıldığı ərazidədirlər. Ərazidə qərargah yaradılıb.

Hadisə yerində olan hüquq müdafiəçisi Əlibəy Zeynalovun AzadlıqRadiosuna veridiyi məlumata görə, nazir Kəmaləddin Heydərov vəziyyətin nəzarət altında olduğunu bildirib. O deyib ki, əraziyə gəlməzdən əvvəl yaranmış vəziyyətlə bağlı prezident yanında müşavirə keçirilib. Nazir qoruyucu bəndin dağılan hissəsinin beton plitələrlə bağlanacağını deyib.

Meliorasiya və Su Təssərüfatı Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə isə vəziyyətin belə bir həddə çatmasını Xudafərin su anbarından çaya artıq su buraxılmasıyla bağlı olduğunu deyib.

Yerli sakinlər onu da deyirlər ki, həmin ərazidən keçən dəmiryolu da su içində qaldığından bu istiqamətdə qatarların hərəkəti dayandırılıb.

Salyan daşqını
Gözlə
Embed

No media source currently available

0:00 0:02:22 0:00
Direct-ə keçid
XS
SM
MD
LG