Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:09

Novruz Məmmədov «WikiLeaks» məlumatlarına açıqlama verdi


Novruz Məmmədov
Novruz Məmmədov
“Son günlər “WikiLeaks” internet saytı tərəfindən bir sıra məlumatlar yayılmağa başlayıb. Onların mahiyyəti barədə hələlik bir şey demək istəmirəm. Ancaq orada yer alan bəzi məlumatlar məni təəccübləndirdi. Ona görə təəccübləndirdi ki, bu məlumatlarda Azərbaycan prezidentinin görüşləri zamanı ona aid olduğu iddia edilən bəzi fikirlər yayılıb”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “WikiLeaks” təşkilatının məlumatlarında Azərbaycan prezidentinin adından verilən açıqlamalara münasibət bildirərkən deyib.

BAŞQA DÖVLƏT BARƏDƏ DANIŞMAMIŞIQ


N. Məmmədov Azərbaycan prezidenti İlham Əliyevin indiyə qədər olan bütün siyasi xarakterli görüşlərində iştirak etdiyini deyərək, bu görüşlərin birbaşa müşahidəçisi olduğunu vurğulayıb:
NƏZƏR YETİR!
“Mən Azərbaycan prezidenti İlham Əliyevin ABŞ dövlət katibinin müavini Uilyam Börnslə keçirdiyi görüşdə də iştirak etmişəm. Qeyd etmək istəyirəm ki, konkret bu görüş iki məsələyə həsr olunub, yəni, görüşün predmeti iki məsələ olub: birinci məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ikinci məsələ isə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafı. Bildirmək istəyirəm ki, ümumiyyətlə, Azərbaycan prezidentinin keçirdiyi görüşlərdə həmişə belə olub: bir qayda olaraq Azərbaycan prezidenti keçirdiyi görüşdə təmsil olunan tərəfin Azərbaycanla əlaqələrindən danışır. Belə görüşlər zamanı Azərbaycan prezidenti üçüncü tərəf və ya dövlət haqqında danışmır. Bayaq adını çəkdiyim Uilyam Börnslə görüş zamanı da belə olub. Yəni, dediyim iki məsələdən başqa heç bir dövlət barədə danışıq olmayıb”.

ASTANA SAMMİTİ İLƏ
WIKILEAKS-IN ƏLAQƏSİ?

N. Məmmədov vurğulayıb ki, bu cür materialların dövlət katibinin müavini ilə olan görüşlə bağlı verilməsi də bir qədər təəccüb doğurur:

“Belə çıxır ki, danışıq aparanın özünə onun nədən danışdığı haqqında sonradan məlumat verilir. Görünür, müxtəlif dövlətlər arasında münasibətləri korlamaq istəyən qüvvələr var və onlar bu istiqamətdə artıq müəyyən cəhdlər göstərirlər. Bu, təhlükəli tendensiyadır. Bizim qonşu dövlətlərlə münasibətlərimizin real vəziyyəti bu gün hamıya bəllidir. O cümlədən, ikitərəfli əməkdaşlıq sahəsində qonşu dövlətlərlə atdığımız addımlar göz önündədir. Bunu sübut etməyə heç bir ehtiyac yoxdur. Təkcə qardaş Türkiyə ilə bu illər ərzində gördüyümüz işlər beynəlxalq aləmdə son onilliyin ən mühüm və möhtəşəm layihələridir ki, bunların həyata keçirilməsində prezident İlham Əliyevin müstəsna xidmətləri var. Ola bilsin ki, müəyyən məqsədlərlə Xarici İşlər və digər nazirliklər səviyyəsində gedən danışıqlar daha böyük əhəmiyyət daşısın deyə, onların müəllifini dəyişiblər. Digər tərəfdən isə bu cür məsələlərin ATƏT-in Astana sammiti zamanı ortaya çıxarılması düşünməyə vadar edir. Yəni, bu məlumatların açıqlanması ilə sammitin keçirilməsinin üst-üstə düşməsi ümumiyyətlə beynəlxalq ictimaiyyət qarşısında suallar doğurur”.
XS
SM
MD
LG