Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:15

Krım tatarları yarımadada BMT qoşunlarını görmək istəyirlər


BMT sülhməramlıları Hoan yüksəkliyində
BMT sülhməramlıları Hoan yüksəkliyində
Yaranmış vəziyyəti nəzərər alaraq Krım tatarları yarımadaya BMT-nin sülhməramlı qoşunlarının yeridilməsini tələb edirlər. Bunu NATO-nun qərargahında keçirdiyi görüşlərdən sonra jurnalistlərə Krım tatarlarının lideri, Ukrayna parlamentinin deputatı Mustafa Cəmilov deyir.

Cəmilov başa düşür ki, bunun üçün BMT Təhlükəszilik şurasının qərarı olmalıdır və bu zaman mütləq Rusiya özünün veto hüququndan istifadə edəcək. Buna baxmayaraq, dünya dövlətlərini proseduraya start verməyə çağırıb.

NATO rəhəbrliyi ilə danışıqlar aparan Cəmilov əlavə edir ki, Qərbin daha ciddi reaksiyasına ümid edirdi. “BMT-nin və NATO-nun qoşunları həmişə məsələyə artıq qan töküləndən sonra qarışırlar. Biz isə istərdik russları qabaqlayaq – Cəmilov deyir. – Biz istəyirik ki, bizi qırıb-tökməmişdən əvvəl qüvvə tətbiq olunsun. Problem də bundan ibarətdir. Bizə cavab verirlər ki, güc tətbiqindən söz getmir, Ukraynan ərazi bütövlüyünü tanımadığı halda Rusiyaya baha başa gələn sanksiyalardan söhbət gedir. Bəs əgər Rusiya bu sanksiyalardan doğan itkilərə hazır olub, Ukraynanın ərazisini zəbt edərsə necə? Bax bu suala mən cavab ala bilmirəm” – deyə Cəmilov bildirib.
XS
SM
MD
LG