Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:52

Allahşükür Paşazadə xəbərdarlıq etdi


Allahşükür Paşazadə
Allahşükür Paşazadə

-

İyunun 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Zaqatala, Şamaxı və Qobustan rayonlarının bir neçə məscidlərindəki dini icmaları özbaşınalıqda, qanunsuz fəaliyyətdə və başqa dairələrə xidmətdə etməkdə ittiham edib.

O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qarşısında həmin icmaların fəaliyyətinin dayandırılması barədə məsələ qaldırıb.

apa-nın məlumatına görə, bunu A.Paşazadə QMİ-də keçirilən tədbirdə bildirib və tədbirdə iştirak edən komitə sədri Mübariz Qurbanlıya müraciət edib.

A.Paşazadə qeyd edib ki, Zaqatalanın Uzuntala kəndi başda olmaqla 4 kəndində, Şamaxının və Qobustanın 1 kəndində yerləşən məscidlərdəki dini icmalar qeydiyyatdan keçməyiblər və QMİ ilə heç bir əməkdaşlıq etmirlər:

«Bizə bildirirlər ki, başqa yerə tabedirlər. Sən bu ölkədə yaşayırsansa, necə başqa yerə tabe ola bilərsən?! Onların fəaliyyəti nə Azərbaycan qanunlarına, nə də dini normalara uyğundur. Ona görə də, biz Dövlət Komitəsi qarşısında bu icmaların fəaliyyətinin dərhal dayandırılması məsələsini qaldırırıq».

XS
SM
MD
LG