Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:28

Prezident öz qızını baş nazirin müavini qoydu


Dariga "Almatı" mahnısını oxuyur 2013-cü il
Dariga "Almatı" mahnısını oxuyur 2013-cü il

►Qazaxıstan prezidenti Nursultan Nazarbayev qızı Dariganı baş nazirin müavini təyin edib.

52 yaşlı Dariga 2004-cü ildən deputat idi, o həmin vaxt parlamentin aşağı palatası olan Məclisin vitse-spikeri seçilmişdi.

Dariga Nazarbayevanın həyat yoldaşı olan iş adamı, siyasətçi, diplomat Rahat Əliyev vaxtilə Qazaxıstandan Avropaya qaçmışdı və 2007-ci ildə Dariga ilə boşandı.

Bunu da oxu: ""Cənnət" həyatımızı cəhənnəmə çevirib"

Rahat Aliev
Rahat Aliev

Sonralar Rahat Aliyev korrupsiya və satqınlıq ittihamları ilə Qazaxıstan məhkəməsinin qərarı ilə qiyabi 40 il həbs cəzası aldı.

Qazaxıstanda 3 qətldə ittiham olunan Rahat Əliyev Avstriya həbsxanasında saxlanırdı və burda asılmış tapıldı.

75 yaşlı Nazarbayev Qazaxıstanı 1989-cu ildən idarə edir.

Bunu da oxu: Azərbaycan avropalıların səfərini təxirə saldı

XS
SM
MD
LG