Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:53

Arzu Əliyevanın bankı ziyana düşüb


Arzu Əliyeva
Arzu Əliyeva

-

“Bank Silk Way” ASC-nin 2016-cı ilin birinci yarısında 429 min manat ziyana düşdüyü bildirilir.

*Abunə ol - Hər gün yeni video izlə - ölkədə baş verənlərdən xəbərin olsun

Bunu texniki itki sayırlar. Çünki mümkün aktiv ziyanın ayırmalarla bağlı yarandığı qeyd edilir.

Turan İnformasiya Agentliyi bankın hesabatına əsasən xəbər verir ki, birinci yarımildə mümkün itkilərlə bağlı 7 milyon 124 min manat ehtiyat yaradılıb. Deyilən dövrdə Bank Silk Wayin əməliyyat gəlirləri 6,7 milyon manat olub.

Buna da bax: Prezident İlham Əliyevin qızı bank üzərində nəzarət əldə edib

2016-cı ilin birinci yarısında bankın valyuta ticarətindən 3,7 milyon manat gəlir əldə etdiyi açıqlanıb.

İyulun 1-i bankın aktivlərinin isə 364,4 milyon manat olduğu qeyd edilib. Bunun 346,2 milyon manatının müştərilərə verilən kreditlər olduğu göstərilir. Kreditlərin 193,8 milyon manatının xarici valyuta ilə olduğu bildirilir.

Buna da bax: Mərkəzi Bankın 'xəzinəsi boşalır'

Hesabata görə, Bank bu dövrdə 148,2 milyon manat depozit cəlb edib. Bunun 132,8 milyon manatı xarici valyutadır.

2015-ci ildə bankın gəlirlərinin 32,4 milyon manat, xalis mənfəətinin isə 1,5 milyon manat olduğu açıqlanıb.

Bankın səhmdarlarının da 106,6 milyon manat kapitalı olduğu deyilir.

“Silkwaybank” “Azalbank”ın hüquqi varisidir. 2008 ilin yanvarından AZAL Səhmdar Kommersiya bankının adı “Bank Silk Way”ASC kimi dəyişdirilib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2008-ci il dekabrın 11-də tərtib etdiyi səhmlərin emissiyası bilgisində “Silkwaybank”ı 3 təsisçinin yaratdığı göstərilir.

Təsisçilərdən biri hüquqi şəxsdir: “Silk Way Airlines” şirkətidir. Bankın digər 2 sahibinin adları isə belədir: Əliyeva Arzu İlham qızı və Həmzəyeva Zərifə Kamil qızı.

Azərbaycandak bankların böyük bir qisiminə hakimiyyət rəsmilərinin ailə üzvülərinin və yaxınlarının himayədarlıq etdiyi bildirilir.

Ekspertlərin fikrincə, ötən il ölkədə baş veren iki devalvasiya bank sektoruna böyük zərbə vurub.Bu il ölkədə 10 bankın lisenziyası alınıb.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG