Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:50

Vəkilin şəxsi fotolarının yayılması nə deməkdir?


Elçin Sadıqov
Elçin Sadıqov

“Media Hüququ İnstitutu (MHİ) ifadə azadlığı sahəsində tanınmış vəkillər Elçin SadıqovZibeydə Sadıqovaya təzyiq kampaniyasından ciddi narahatlıq keçirir”.

Təşkilatın bəyanatında belə deyilir.

Bəyanatda bildirilir ki, hər iki vəkil uzun illər Media Hüququ İnstitutu komandasının fəal üzvləri olublar. Onlarla işlərdə jurnalistləri, bloqqerləri, ifadə azadlığından istifadə etdiyinə görə basqılara məruz qalan şəxsləri müdafiə ediblər:

“Vəkillər bu gün qanunsuz ittihamla üzləşən onlarla şəxsi, Meydan TV jurnalistlərin, “qrafiti işi”nə görə ittiham edilmiş Qiyas İbrahimovla Bayram Məmmədovun, yazıçı Əkrəm Əylislinin və bloqqer Mehman Hüseynovu müdafiə ediblər”.

Buna da bax:​ Vəkilin kibercinayətkarlıqla bağlı şikayəti

Bəyanatda bildirilir ki, Elçin Sadıqov noyabrın 2-də müdafiəsini apardığı jurnalistlərdən birinin işi ilə bağlı Daxili İşlər Nazirliyinin siyasi xarakterli işlərdə xüsusi fəallığı ilə seçilən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qeyri-rəsmi xəbərdarlığa məruz qalıb. Bundan bir neçə saat sonra isə E.Sadıqovun həyat yoldaşı, vəkil Zibeydə Sadıqovanın qanunsuz yollarla ələ keçirilmiş özəl fotoları Facebook-da anonim şəxs adından yayılıb.

MHİ qeyd edir ki, fotoların qanunsuz ələ keçirilməsi, yayılması vəkillərin müdafiə etdiyi şəxslərin işindən geri çəkilməyəcəyi halda daha sərt basqılarla üzləşəcəyi barədə xəbərdarlıqdır:

“Hüquq xidməti göstərən şəxslərə qarşı belə basqılar ölkədə ədalət mühakiməsinin həyata keçirilməsində böyük problemlərin olduğunu bir daha əyani sübut edir. Hökumət ədalət mühakiməsinin digər iştirakçıları (hakimlər, prokurorlar, müstəntiqlər) kimi müdafiə tərəfinin əsas şəxslərindən olan vəkillərin də hüquqlarını, təhlükəsizliyini təmin etmək öhdəliyi daşıyır”.

Buna da bax:​ Vəkil: 'Leyla və Arif Yunusa bəraət verilməlidir'

Bəyanatda belə qanunsuz addımların dayandırılması, müvafiq qurumların bu hadisələri təcili və səmərəli araşdırması istənilir.

Noyabrın 2-də vəkil Elçin Sadıqov açıqlamışdı ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) hədələnib. Ardınca internet mediası üzərindən vəkillə bağlı şantaj məzmunlu xəbər, şəxsi ailə fotoları yayılmışdı.

E.Sadıqov tədbir görülməsindən ötrü daxili işlər nazirinə, baş prokurora və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib.

Müraciətə indilikdə hər hansı cavab yoxdur.

Vəkilin açıqlamalarına da, hələlik, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.

Buna da bax:

Bayram Məmmədovun vəkili Elçin Sadıqov: "Apellyasiya şikayəti verəcəyik"
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

XS
SM
MD
LG