Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:33

'İrana xəstə axınının bir səbəbi də dərmanlardır' [video]


Xəstələrin İrana axışma səbəbi nədir?
Gözlə

No media source currently available

0:00 0:14:19 0:00

Xəstələrin İrana axışma səbəbi nədir?

Azərbaycanda keyfiyyətsiz dərmanlar tüğyan edir, tibb mütəxəssisləri əhalini diqqətli olmağa çağırır. Həkim Adil Qeybulla deyir ki, apteklərdə keyfiyyətsiz dərmanlar kəskin artıb.

Bakı sakini Emin Əmiraslanov deyir ki, ölkədə keyfiyyətli dərman tapa bilmir. Məcbur qalıb, dərmanı baha qiymətə Bakıdakı alman apteklərindən alır, ya da İrana gedib-gələnlərdən xahiş edir. Deyir ki, iki azyaşlı uşağına qrip üçün aldığı dərmanların heç bir təsirini görməyəndən sonra belə qərara gəlib:

"Keyfiyyətli dərmanlar nadir hallarda tapılır. Bugünlərdə körpə uşaqlar arasında qrip virusu yayılıb, qızdırma, ürək bulanma və s. İki ayda 250 manat dava-dərmana pul verdim. Heç bir nəticəsi yoxdur. Ondan sonra alman apteki tapıb dərmanı ordan aldım, İrana gedən sürücülərdən xahiş etdim. Bəli, bu dərmanlar qəbul edəndən sonra bir nəticə oldu. Yəni, bu gün Azərbaycanda satılan dərmanların 10 faiz xeyri ola, ya olmaya".

Buna da bax:​ Azərbaycana ayaq açan saxta dərmanlar

İlham Əliyev: "İnsanlar da məcbur olub o dərmanları alırdılar"

Prezident İlham Əliyev keyfiyyətsiz, istifadə müddəti bitmiş, mənşəyi məlum olmayan dərmanların satışına görə cərimələri sərtləşdirən sərəncamlar verib. Bilə-bilə keyfiyyətsiz dərman satanlar 7 min manatadək cərimə olunacaq.

İlham Əliyev Nazirlər Kabinetinin ötənilki iclasında bu sahəyə daha çox diqqət yetiriləcəyini bildirmişdi:

"Bu sahədə tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki, onlara daha çox dərman lazımdır. Eyni zamanda, bəzi hallarda ölkəyə o qədər də yüksək keyfiyyətə malik olmayan dərmanlar da gətirilir. Ona görə mən Səhiyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş vermişəm ki, bu sahədə vəziyyət tamamilə nəzarətə götürülsün".

Buna da bax:​ Azərbaycana dərmanı kimlər gətirir?

İlham Əliyev bildirmişdi ki, hökumətin bu sahəyə ciddi nəzarəti və yeni mexanizmlərin hazırlanmasından sonra insanlar bunu gündəlik həyatlarında görəcəklər.

Pasiyentə gedən yol boyunca nəzarət?

Səhiyyə nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov müsahibələrindən birində bildirib ki, dərmanların keyfiyyətinə nəzarət istehsal prosesindən başlayaraq pasiyentə gedən yol boyunca hər mərhələdə aparılmalıdır. O, bildirib ki, nəzarəti Ümumdünya Səhiyyə Təşkilatının təlim keçib, sertifikatlar alan istehsalat müfəttişləri aparır.

Buna da bax:​ Ölkə vətəndaşı: 'Check-up' nədir?

'Apteklərdə açıq-aşkar keyfiyyətsiz dərmanlar satılır'

Professor Adil Qeybulla
Professor Adil Qeybulla

Amma Adil Qeybulla bildirir ki, nə prezidentin tapşırıqlarının, nə sərtləşdirilən qanunların, nə də dərman bazarına edilən nəzarətin bir nəticəsi yoxdur. Apteklərdə açıq-aşkar şəkildə keyfiyyətsiz dərmanlar satılır:

"Azərbaycanın dərman bazarındakı durum "xaotikdir". Dərman bazarında aşağı keyfiyyətli dərmanlar var. Nədir bu keyfiyyətsiz dediyimiz dərmanlar? Bunların tərkibində dərman əlavələri zərərlidir, əsas təsiredici maddə lazımi dozada deyil və s. İrana bu qədər xəstənin axışmasının səbəblərindən biri də dərmanlardır. Həkim dərmanı yazır amma onun effektindən narazı qalıb, gedirlər".

Buna da bax:​ 'Manat ucuzlaşdıqca İrana gedənlər çoxalır'

Dövlət reyestri yaradılmalıdır

Adil Qeybulla düşünür ki, bu problemin həlli üçün ilk növbədə dərman vasitələrinin dövlət reyestri yaradılmalıdır. Azərbaycanda istifadəsinə icazə verilən dərmanların siyahısı ictimaiyyətə, hər kəsə açıq olmalıdır. İkincisi dərmanlar leqal istehsal olunmalıdır. Adil Qeybulla deyir ki, üzərinə hansısa bir loqotip vurulan dərmanı istehsalçı ölkənin tanımaması kimi faktlar da var. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatında qeydiyyatdan keçmiş dərmanların istifadəsinə icazə verilməlidir. Belə olanda həm dərmanların qiyməti ucuz, keyfiyyəti də daha yaxşı olar:

"Amma dərman bazarına süni müdaxilə etmək, qiymətləri tənzimləməyə çalışmaq - bunlar yol deyil. Əksinə bu durumu da pisləşdirib. İndi yeni qərar veriblər ki, eyni adlı dərmanların qiyməti fərqli ola bilməz. Bu aptek şəbəkəsinə birbaşa müdaxilədir. Çünki Azərbaycanda bazar iqtisadiyyatıdır, apteklərin yerləşdiyi ərazi, kirayə haqqına görə qiymətlər dəyişə bilər. Bu rəqabətin bir tərkib hissəsidir".

Bakı sakinlərindən soruşmuşuq ki, Bakıda apteklərdən dərman alanda onun keyfiyyətli olub-olmadığını necə müəyyən edirlər?

Dərmanın kəyfiyyətini necə yoxlayırsınız?
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Yerli mütəxəssislər bildirirlər ki, Azərbaycanda dərman bazarı da yüksək çinli məmur ailələrinin inhisarına alınıb. Ona görə də bir çox hallarda dövlət qurumları dərmanların keyfiyyətinə nəzarəti tam gerçəkləşdirə bilmirlər.

XS
SM
MD
LG