Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:12

Rəsmi Bakı ilə Ankaranın azad mediaya münasibəti eyniləşib


“Azadlıq” qəzeti ilə əməkdaşlıq edən Aydın Taş Türkiyədə jurnalist lisenziyasından məhrum edilib.

Bəzi müşahidəçilərin fikrincə, belə görünür, Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında media orqanları və jurnalistlərin cilovlanması sahəsində əməkdaşlıq var.

Qənimət Zahidin verilişinin Türkiyə telekanallarında yayınının dayandırılmasından tutmuş, ANS-in bağlanması, Rauf Mirqədirovun, daha bir neçə jurnalistin Türkiyədən çıxarılmasına qədər eyni sxemin hissələrinə bənzəyir.

Hakimiyyət və iqtidaryönlü media və qurumlar Azərbaycanda media azadlığının boğulmasına dair bütün tənqidləri rədd edirlər. Arqument də eynidir. Azərbaycanda heç kəs peşə fəaliyyətinə görə cəzalandırılmır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirovun sözlərinə görə də, bu daha çox müəyyən siyasi dairələrin uydurduğu bir məsələdir.

Deputat bildirir ki, Azərbaycanda azad media mövcuddur və burda hər hansısa bir ölkənin sifarişi ilə mediaya qarşı təzyiqlərin olması ilə bağlı fikirlər heç bir halda həqiqətə söykənmir.

Elman Nəsirov: Azərbaycanda media azadlığı var
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00
Direct-ə keçid

Jurnalist, siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, Türkiyə hakimiyyəti digər ölkələr ilə münasibətini adətən birbaşa həmin ölkənin hakimiyyəti ilə əməkdaşlıq üstündə qurur.

Onun sözlərinə görə, Türkiyəni Azərbaycanda demokratiyanın, insan haqlarının, mətbuatın vəziyyəti maraqlandırmır.

Azər Rəşidoğlunun fikrincə, rəsmi Bakı hansı tələbi irəli sürürsə, Türkiyə hakimiyyəti həmin tələbə əməl edir. Siyasi şərhçi deyir ki, Türkiyə və Azərbaycanı müttəfiqə çevirən amil avtoritar rejimlərin əməkdaşlığa can atması kimi şərh oluna bilər.

Azər Rəşidoğlu: Türkiyəni Azərbaycanda demokratiya maraqlandırmır
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00
Direct-ə keçid

Beynəlxalq məsələlər üzrə ekspert, siyasi şərhçi Gültəkin Hacıbəylinin fikrincə Türkiyədə avtoritarlaşma meylləri artdıqca Azərbaycan hakimiyyəti ilə ortaq nöqtələr çoxalır.

Gültəkin Hacıbəyli deyir ki, son vaxtlar Azərbaycanla Türkiyə arasında qoyulan yeni ənənənin şahidi oluruq. Onun sözlərinə görə, Rauf Mirqədirovun həbs olunmasında, ANS telekanalının bağlanmasında, “Azərbaycan Saatı” televiziyasına efir məkanının bağlanması və nəhayət Aydın Taş məsələsində bu ənənəni görmək mümkündür.

Gültəkin xanım deyir ki, bu Azərbaycan hakimiyyəti üçün yenilik deyil. Rəsmi Bakı əvvəllər İran rejimi ilə də belə anlaşmalarda olub.

Gültəkin Hacıbəyli: Türkiyə avtoritarlaşdıqca Azərbaycan hakimiyyəti ilə ortaq nöqtələri çoxalır
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00
Direct-ə keçid

Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli bildirir ki, Azərbaycana münasibətdə Türkiyə hüquqdan deyil, siyasətdən çıxış edir.

Ekspertin fikrincə jurnalistin akreditasiyasını ləğv etməklə onun informasiya alma hüququnu məhdudlaşdırmaq Avropa İnsan Haqqları Konvensiyasının 10-cu maddəsinə ziddir.

Hüquqşünas deyir ki, heç bir məhkəmə qərarı olmadan siyasi motivlərlə belə bir addım atmaq daha böyük bir pozuntudur.

Ələsgər Məmmədli: Jurnalistə akkreditasiyanın verilməməsi hüquq pozuntusudur
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

XS
SM
MD
LG