Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:42

Qusarda əməliyyat keçirilib


 MTN və Respublika Baş Prokurorluğu əməliyyatda iştirak edən xüsusi təyinatlılar arasında itki və yaralananın olmadığını bildirir
MTN və Respublika Baş Prokurorluğu əməliyyatda iştirak edən xüsusi təyinatlılar arasında itki və yaralananın olmadığını bildirir
Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Respublika Baş Prokurorluğu «Əbu-Bəkr» məscidində baş verən partlayışla bağlı növbəti məlumat yayıb. Məlumatda deyilir ki, sentyabrın 6-da Qusar şəhərində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı üç nəfər - Qusar şəhər sakinləri Telman Abdullayev, Gürşad Əlixanov və Ramil Əsədullayev öldürülüb. Bu şəxslərin məsciddə partlayış törədilməsində iştirakı ehtimal edilir və onların «Meşə qardaşları» birləşməsinə aid olduğu bildirilir.
Məlumatda deyilir ki, Telman Abdullayev ötən il sentyabrın 26-da Qusarda iki polis işçisini yaralayaraq hadisə yerindən qaçıb. Həmin vaxt Qusar rayon Prokurorluğunda cinayət işi açılıb və T.Abdullayev barəsində axtarış elan edilib.
Birgə məlumatda hadisə yerindən avtomat silahlar, tapança, müxtəlif çaplı patronlar, soyuq silah, səhra çadırı, xəritə, kompas, hərbi-taktiki dərsliklər, dərmanlar, 15 min 700 ABŞ dolları və 460 manat məbləğində pul, habelə 2 ədəd «YAESU» markalı radiostansiyanın götürüldüyü bildirilir.
MTN və Respublika Baş Prokurorluğu əməliyyatda iştirak edən xüsusi təyinatlılar arasında itki və yaralananın olmadığını bildirir.
«İşin bütün hallarının araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir».
Bu il avqustun 17-də «Əbu Bəkr» məscidinə qumbara atılıb. Rəsmi məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub, 20-yə yaxın şəxs isə yaralanıb.
XS
SM
MD
LG