Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:35

Avropa Şurası rəsmisi: «Siyasi məhbus problemi tam həllini tapmayıb»


Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Haqları üzrə Komissiyasının sədr müavini Eduard Linter martın 20-də 1 Saylı İslah Əmək Müəssisəsində adı siyasi məhbuslar siyahısında olan Rasim Əkbərovla görüşüb

Siyasi məhbusların vəziyyətilə tanış olmaq üçün martın 20-də Bakıya gələn Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquq Məsələləri və İnsan Haqları üzrə Komissiyasının sədr müavini Eduard Linter deyir ki, prezidentin əfv fərmanları siyasi məhbus probleminin həllinə yardım edən prosesdir. Onun fikrincə, bu problem hələ tam həllini tapmayıb: «İndiyə qədər bir sıra siyasi məhbuslar əfv olunub, ancaq bu problem tam həllini tapmayıb. Hesab edirəm ki, hökumət bununla bağlı bizim ekspertlərin rəy və məsləhətlərini dinləməyə hazırdır. Bu mövcud probemin həllinə yardım edər».

Cənab Linter martın 20-də 1 Saylı İslah Əmək Müəssisəsində adı siyasi məhbuslar siyahısında olan Rasim Əkbərovla görüşüb.


Eduard Linter səfər müddətində Xarici İşlər və Ədliyyə nazirləri, siyasi partiya liderləri və prezidentlə də bir araya gələcək.


Azərbaycanda siyasi məhbuslarla bağlı fərqli siyahılar var. Hüquq-Müdafiə Təşkilatlarının Monitorinq Mərkəzi 43 nəfər, Hüquq-Müdafiə Təşkilatlarının Federasiyası isə, 60-a yaxın siyasi məhbusun olduğunu bildirir. Siyasi məhbus məsələsinin həll edilməsi üçün keçən ilin iyun ayında hüquq müdafiəçiləri və hökumət üzvləri birgə işçi komissiya yaratmışdı. Hazırda həmin qurumun toplantılarına fasilə verilib.


XS
SM
MD
LG