Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:49

Ədliyyə Nazirliyi Etibar Məmmədovun rəhbərlik etdiyi AMİP-i tanıdı


Əli Əliyev nazirliyin bu qərarından məhkəməyə müraciət edəcəklərini deyir

Ədliyyə Nazirliyi Milli İstiqlal partiyası [AMİP] kimi rəsmi olaraq Etibar Məmmədovun başçılıq etdiyi partiyanı tanıyıb. Məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə verib.

AMİP-in digər qanadına rəhbərlik edən Əli Əliyev isə nazirliyin bu qərarı ilə razı olmadığını deyir. O, "Azadlıq" radiosuna müsahibəsində bildirib ki, martın 30-da rəhbərlik etdiyi partiyanın toplantısı çağırılacaq və qərara siyasi qiymət veriləcək.


Əli Əliyev bildirib ki, böyük ehtimalla onlar Ədliyyə Nazirliyinin qərarından məhkəməyə müraciət edəcəklər: "Biz hökumətin bu qərarını özümüz üçün faciə hesab etmirik. Bununla belə, mübarizəmizi davam etdirəcəyik və hüququmuzu məhkəmə instansiyalarında tələb edəcəyik".


AMİP-in hər iki qanadı qeydiyyat üçün Ədliyyə Nazirliyinə bu ilin yanvarında müraciət etmişdilər.


XS
SM
MD
LG