Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 03:37

«Kəmərin çəkilişi mülkiyyətçi hüququnu pozur»


Oğuz-Qəbələ-Bakı su kəməri
Oğuz-Qəbələ-Bakı su kəməri
«Oğuz-Qəbələ-Bakı su kəməri iqtisadi baxımdan səmərəli və effektli layihə deyil. Üstəlik də kəmərin çəkilişi zamanı xeyli sayda mülkiyyətçinin hüquqları pozulur, onların torpağı alınıb, əvəzində təzminat verilməyib».
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramına belə deyib. O, bildirir ki, bütün bunlar onların apardığı monitorinq zamanı aşkarlanıb. Komitə neftdən gələn gəlirlərin səmərəli və şəffaf istifadəsi ilə bağlı monitorinq aparıb.

«Əvvəla araşdırmalar zamanı məlum oldu ki, Xaçmaz su mənbələri dura-dura suyu daha uzaqdan gətirməyə üstünlük veriblər. Bundan başqa, borular çox bahadır. Üstəlik də mütəxəssislər boruların keyfiyyətsiz olduğu qənaətindədirlər. 2008-ci ildə təhvil verilməli olan kəmərin bəzi sənədləri hazırlanmayıb, məsələn, ətraf mühitə təsiri qiymətləndirilməyib».

Mirvari Qəhrəmanlı deyir ki, komitə pozuntularla bağlı Dövlət Neft Fonduna müraciət edib.
XS
SM
MD
LG