Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:52

Külqabını jurnalistin başına vurublar


Həkimeldostu Mehdiyev
Həkimeldostu Mehdiyev
Yanvarın 31-i səhər Reportyorların Azadlıq və Təhlükəsizliyi institutunun (RATİ) əməkdaşı Həkimeldostu Mehdiyev Naxçıvanda hücuma məruz qalıb.

Jurnalist deyir ki, siyasətçilərdən müsahibə almaq üçün «Ümid» partiyasının qərargahına gedib. Qəfildən bir nəfər otağa girərək, külqabını onun başına vurub. Başı yarılan jurnalisti həmkarları xəstəxanaya aparıblar.

H.Mehdiyevə hücum edən İsmayıl İsmayılov Naxçıvan Daxili İşlər Nazirliyinə aparılıb.

Tibbi yardımdan sonra evlərinə dönən Mehdiyev deyir ki, o, İsmayılovu tanımır, onunla heç bir ədavəti olmayıb.

Bu, Naxçıvanda jurnalistlərə qarşı birinci təzyiq deyil. Bu il yanvarın 29-da Sədərək sakini Malik Əliyev H.Mehdiyevi və «Azadlıq» radiosunun Naxçıvan müxbiri Məlahət Nəsibovanı ölümlə hədələyib.
XS
SM
MD
LG