Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:56

Beş fəala beş il sürgün və həbs


Həbsdə olduqları bir aya yaxın müddətdə gənc fəallara qarşı elektrik şoku da daxil olmaqla işgəncə tətbiq olunub
Həbsdə olduqları bir aya yaxın müddətdə gənc fəallara qarşı elektrik şoku da daxil olmaqla işgəncə tətbiq olunub
Fevralın 2-də Ərdəbil İnqilab Məhkəməsi beş gənc fəala hökm oxuyub, hər birinə beş il sürgündə çəkiləcək həbs cəzası kəsib. Rəhim Qulami, Vədud Səadəti, Bəhruz Əlizadə Ərdəşir Kərimi aprel ayında, Hüseyn Hüseyni isə may ayında ana dilində təhsil tələbi ilə vərəqələr yaydıqları üçün həbs olunmuşdular.
Azərbaycanlı siyasi məhbusları müdafiə assosiasiyasının verdiyi məlumata görə, həbsdə olduqları bir aya yaxın müddət ərzində gənc fəallara qarşı elektrik şoku da daxil olmaqla işgəncə tətbiq olunub. Böyük məbləğdə girov qoyub həbsdən azad olunan gənclər bir neçə ay idi ki hökmü gözləyirdilər.
ADAPP sözçüsü Vahid Qarabağlı deyir ki, Hüseyn Hüseyni bundan sonra Səttarxanın anım mərasiminə qatıldığı üçün daha bir dəfə həbs olunmuş, heç bir ittiham irəli sürülmədən Evin həbsxanasında 68 gün təkadamlıq kamerada saxlanmışdı.

Yanvarın 20-də həbsdən azadlığa çıxmış Hüseyni Ərdəbilə yenicə qayıtmışdı ki, həbs haqqında hökmü oxundu: «Həsənzadə soyadlı hakimin verdiyi hökmə görə, gənclər Ərdəbil şəhərində iğtişaşlara səbəb olduqları üçün həbslərini sürgündə çəkməlidirlər. Jurnalist Rəhim Qulami həbsini Həmədan həbsxanasında, tələbələr Hüseyn Hüseyni Kirmanda, Ərdəşir Kərimi Hormuzqan zindanında, mədəni hüquqlar uğrunda mübarizənin fəalları Vədud Səadəti Simnanda, Bəhruz Əlizadə isə Bucurd şəhərində saxlanılacaq»-, deyir Vahid Qarabağlı. Onun sözlərinə görə, adı çəkilən şəhərlərdən Ərdəbilə ən yaxın olanı Həmədandır ki, oraya getmək üçün min kilometrə qədər məsafə qət etmək lazımdır. Hormuzqan şəhəri isə Ərdəbildən 4300 kilometr aralıdır.
Vahid Qarabağlının fikrincə, həbs dolayısı ilə gənclərin Ərdəbilin tanınmış hərəkat fəallarından olan, bir müddət əvvəl həbsdən çıxmış Abbas Lisani ilə təmaslarını kəsmək məqsədi daşıyır:

«Hökmə əsasən, gənclər qanunsuz təşkilat yaratmaq və İran İslam Respublikasının əleyhinə təbliğat aparmaqda günahlandırılırlar. Maraqlıdır ki, hökmdə Çənlibel təşkilatının adı çəkilir. Halbuki bu adda təşkilat mövcud deyil. Çənlibel Abbas Lisaninin mağazasının adıdır»-, deyir Vahid Qarabağlı
Bir müddət öncə eyni hakim Əsgər Əkbərzadə adlı tələbəyə də sürgün və 5 il həbs cəzası kəsmişdi.
XS
SM
MD
LG