Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:51

Su münaqişəsinə görə 21 nəfərə hökm kəsilib


Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsinin rəhbəri Əlirza Quluncu (Cavanbəxt)
Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsinin rəhbəri Əlirza Quluncu (Cavanbəxt)
İranın Xaneqahe-Sorx - yəni yerli sakinlərin Qızıl Xənəyə adlandırdığı kənddə baş verən toqquşmada günahlandırılan 21 nəfərə məhkəmə cəzası kəsilib.
Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsinin rəhbəri Əlirza Quluncu (Cavanbəxt) «Azadlıq» radiosuna deyir ki, məhkəmənin hökmü ilə 11 nəfərə 3 il, 1 nəfərə 2 il, 3 nəfərə 6 ay 2 gün həbs cəzası verilib. Qalan 6 şəxs isə 2 milyon rial cərimə ediliblər.
Günahlandırılan 10-dan çox şəxs həbsdən başqa, 74 şallaq cəzasına da layiq görülüb:
- Çox sərt cəzadır. Bunlar həm milli, həm də məzhəb sarıdan azlıqda qaldıqlarından belə təzyiqlərlə üzləşiblər. Hətta ittihamlar düzdürsə belə, bu cəza gözlənilən deyildi.

Əlirza Qulunc deyir ki, Qızıl Xənəyə kənd sakinləri sünnü təriqətinə mənsub azərbaycanlılardır.

Hələ ötən ay bu kəndin sakinləri ilə bir fabrik arasında su üzündən münaqişə yaranmışdı. Kənd sakinlərinin bildirməsinə görə, onların etiraz aksiyası yatırılarkən İran hüquq-mühafizə orqanları odlu silahdan istifadə etmişdi.
İki nəfər kənd sakini güllə yarası almışdı. Bu münaqişədən sonra 20-dən çox Qızıl Xənəyə sakini həbs edilsə də, az sonra zaminə buraxılmışdılar.
XS
SM
MD
LG