Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:50

Hərbi ekspert: «Rail Rzayev siyasi proseslərə qoşulmurdu»


Üzeyir Cəfərov
Üzeyir Cəfərov
«İnanmıram ki, generalı siyasi məqsədlərlə öldürüblər. Mən tanıdığım qədər, o, siyasi proseslərə qoşulmurdu».

Hərbi ekspert Üzeyir Cəfərov «Azadlıq» radiosunun «İşdən sonra» proqramına belə deyib. Onun sözlərinə görə, Rail Rzayevin qətli əslində orduya zərbədir:

«Mən Rail Rzayevi peşəkar hərbçi kimi tanıyırdım, böyük təcrübəyə malik idi. Heyf, Silahli Qüvvələrə böyük itki oldu».

Ü.Cəfərov deyir ki, indi qətllə bağlı istənilən versiya istintaqın gedişatına təsir edə bilər:

«Amma bir məqama diqqətinizi yetirim. İstintaq nə qədər uzansa, bir o qədər də bu işin üstü açılmayacaq. Bunu bilin. Şəxsi fikrimdir, əlbəttə. Amma təcrübəyə əsaslanmış düşüncədir».

Ekspert R.Rzayevin komandalığı altındakı hissələrdə baş verənlərdən dəfələrlə məqalə yazdığını bildirir:

«Prinsip etibarı ilə, onsuz da hamı gözəl bilir ki, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında necə maxinasiyalar, korrupsiya halları həyata keçirilib. Ən çox cinayət əməlləri, qanunazidd hərəkətlər məhz bu qoşunlarda baş verib».
XS
SM
MD
LG