Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:40

MSK referendumla bağlı bülletenləri paylamağa başlayıb


Konstitusiyaya dəyişikliklərlə bağlı referendum martın 18-də keçiriləcək
Konstitusiyaya dəyişikliklərlə bağlı referendum martın 18-də keçiriləcək
Amma hələ ki, xaricdə yaşayan və diplomatik korpusda fəaliyyət göstərən azərbaycanlılara bülleten paylanacaq. Bu barədə MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

MSK ölkə üzrə 4 milyon 95 min bülleten çap edib. Hər bir bülletendə konstitusiyanın 29 maddəsinə dəyişikliklə bağlı məlumat olacaq və hər məlumatın qarşısında «hə», «yox» qrafaları yerləşəcək.

Konstitusiyaya dəyişikliklərlə bağlı referendum martın 18-də keçiriləcək.

Referendumda təşviqat işi ilə 9 təşəbbüs qrupu məşğul olacaq. Onlardan 7-si referenduma çıxarılan məsələlərə müsbət, 2-si isə mənfi yanaşır.

Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.
XS
SM
MD
LG