Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:51

«Amerika mətbuatı ölür. Yaşasın Amerika qəzetləri…»


Alimlərin mətbuata töhfə verə biləcəyindən danışan müəllif belə bir sual verir, bəs bununla nə olacaq?
Alimlərin mətbuata töhfə verə biləcəyindən danışan müəllif belə bir sual verir, bəs bununla nə olacaq?
«Düz yüz il əvvəl sosial elmlər və humanitar sahəsində uğur qazanmış elm adamları tanınmış qəzetlər üçün yazırdılar. Əgər biz mətbuatı xilas etmək istəyiriksə, onda həmin təcrübəyə müraciət edə bilərik».

ABŞ-ın «Christian Science Monitor» qəzetində Conatan Zimmermanın «Yüz il əvvəl mətbuata professorlar yazardılar» sərlövhəli məqaləsində belə deyilir.
«Amerika mətbuatı ölür. Yaşasın Amerika qəzetləri» sözləri ilə başlayan yazıda deyilir ki, jurnalistikanın ölməsi haqqında deyilənlər bir qədər vaxtından əvvəl səsləndirilmiş fikir olsa da, bu gün qəzetləri açıb onları elə özləri haqda olan pis xəbərlərsiz də oxumamaq olmur. Qəzetlərin dövriyyəsi və reklam gəlirləri onlara işçilərin sayına nəzər salmağa vadar edib, bu mətbuatın reallığının azalması deməkdir.

Bəzi şəhər qəzetləri artıq bağlanıb, sonuncu olaraq 150 illik tarixi olan «Rocky Mountain News» öz fəaliyyətinə son qoymalı oldu. Bəzi qəzetlər isə öz səhifələrini təmtəraqlı yazılarla doldururlar. Sadəcə olaraq xəbər toplamaq getdikcə daha baha başa gəlir.
Əlbəttə ki, professorlar burada xilasedici qəhrəman rolu oynamayacaqlar. Onların çoxu geniş oxucu kütləsi üçün yazmağı bacarmalıdır, ilk olaraq bunu hələ öyrənməlidirlər


Belə halda da yeni ideya yaranır. Qoy bu işi real olaraq universitet professorları görsünlər və bunu könüllü olaraq etsinlər.

Müəllif Conatan Zimmermanın deyir ki, bugünkü gündə də bir çox professorlar yazılarına görə pul almırlar. O, özünü misal çəkərək bildirir ki, elmi jurnala yazdığı yazıya görə, heç bir sent də almır. Əvəzinə isə çox az sayda oxucu qazanır, əsasən də ixtisaslaşdığı sahədəki peşəkarlar onun yazılarını oxuyurlar.

Conatan Zimmermanın mətbuat üçün yazan alimlərə Çikaqo Sosiologiya məktəbinin banisi və 20-ci əsrin görkəmli ziyalılardan olan Robert E. Parkı misal çəkərək bildirir ki, o, fəlsəfə elmləri doktoru dərəcəsini aldıqdan sonra Konqo İslahatlar Assosiasiyasının katibi və mətbuat agenti olub. Parkın korrupsiyanı tənqid edən məqalələri Belçikanın Konqodakı qəddarlığını ifşa edirdi. Bununla da o, dünyanın diqqətini Kral Leopoldun müstəmləkə rejiminə qarşı yönəldirdi.

Məqalədə bildirilir ki, Robert Park 1914-cü il elm aləminə geri döndü və Çikaqo Universitetində işləməyə başladı. Lakin o heç vaxt öz yeni peşəkar vəzifəsi və jurnalist fəaliyyəti arasında gözəçarpan sədd görmürdü. Doğurdan da Park iddia edirdi ki, sosioloq çox güclü bir jurnalist olmalıdır və üzdə olan bir şeyi yox, uzun müddət maraq kəsb edəcək, əhəmiyyət daşıyacaq bir fikri əhatə etməlidir.

Yazıda deyilir ki, bu gün isə mətbuat özü təhlükədədir və elm adamları Robert Parkın etdiyini etməlidirlər. İqtisadçılar bank iflasını analiz edərək iqtisadı geriləmə haqqında yaza bilərlər. Biologiya sahəsinin mütəxəssisləri iqlim dəyişikliyi haqda yaza, antropoloqlar uzaq ölkələrdən məlumat göndərə bilərlər.
Müəllif bildirir ki, peşəkar məktəblərdə xəbər toplanması imkanı daha yüksək ola bilər. Qanunvericilik sahəsində çalışan professorlar terrorizmdə şübhəli bilinən şəxsin həbsindən tutmuş və kilsə-dövlət bölünməsinə qədər ali məhkəmə ilə bağlı sualların cavabını axtara bilər. Tibb təhsil ocaqlarındakı professorlar isə tibbin ən son kəşfləri, arxitektura sahəsində olanlar dizayn haqqında yaza, təhsildə olanlar isə təhsil islahatlarından söhbət aça bilərlər.

Bir çox sahələrdə çalışan elm adamlarının mətbuata töhfə verə biləcəyindən danışan müəllif yekunda belə bir sualla çıxış edir k, bəs yaxşı bununla nə olacaq? Hələlik heç nə. Elm aləmində irəli getməyin yolu başqa elm sahəsi üçün yazmaqdır. Lakin biz bunu da dəyişə bilərik.

Conatan Zimmerman deyir ki, araşdırmaçı universitetlərin 30-40-ı birgə bəyanatla çıxış edə bilərlər ki, onların heyəti öz uğurlu yazılarını dərc etsinlər. Və söz versinlər ki, bu onların irəli getməsinə və məvacibinə təsir edəcək. O bildirir ki, bu yolla qəzetlərə yazan daha çox professor meydana çıxacaq.

Əlbəttə ki, professorlar burada xilasedici qəhrəman rolu oynamayacaqlar. Onların çoxu geniş oxucu kütləsi üçün yazmağı bacarmalıdır, ilk olaraq bunu hələ öyrənməlidirlər. Müəllif öz yazısında bildirir ki, cəmiyyətə gərəkli olmanın ən yaxşı yolu da elə onun üçün yazmaqdır.
Conatan Zimmerman Nyu-York Universitetində tarix və təhsil sistemindən dərs keçir.
XS
SM
MD
LG