Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:07

Politoloq Eldar Namazov: «Avtoritar rejimlərdə güc strukturlarının kriminallaşması adi haldır»


Səs: Real audio
“Məshədovun ölümü həm Kremli, həm də radikal islamçıları sevincə qərq edib” Milli Təhlükəsizlik Nazirliyi «Qara Kəmər» adlı əməliyyat keçirib Daxili İşlər Nazirliyi baş cinayət axtarış idarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədovun başçılıq etdiyi dəstəni zərərsizləşdirəndən sonra ortaya çıxan suallardan biri də budur: «Heydər Əliyev dövründə belə bir dəstənin formalaşıb, səkkiz il cəzasız fəaliyyət göstərməsi nə dərəcədə ağlabatandır? Axı hökumət həmişə hər şeyin nəzarətdə olduğunu deyirdi…»



Bu suala cavab verən ekspertlərin bu məsələdə baxışları fərqlidir. Məsələn, istefada olan polkovnik leytenant İsaxan Aşurov bildirir ki, Heydər Əliyevin hər şeyi nəzarətdə saxlaması mifdən, yanlış təsəvvürdən başqa bir şey deyildi. Buna sübut Daxili İşlər Nazirliyi cinayət axiarış idarəsinin əməliyyat müvvəkili Hacı Məmmədovun başçılıq etdiyi dəstədən başqa da cinayətkar dəstələr sərbəst fəaliyyət göstərməsidir.



Amma başqa bir ekspert Beynəlxalq Terrorizmə və Korrupsiyaya Qarşı Bank İnformasiya Strateji Araşdırmalar Mərkəzinin direktoru Rövşən Novurzoğlu hesab edir ki, Hacı Məmmədovun başçılıq etdiyi dəstə haqda hökumətin, hüquq-mühafizə orqanlarının yerli-yataqlı məlumatı olub. Sadəcə, o vaxtkı dövlət başçısı Heydər Əliyevə məlumat verməyə cəsarət etməyiblər.



Bir müddət Heydər Əliyevin komandasında işləmiş, prezident katibliyinin rəhbəri, politoloq Eldar Namazovun isə izahatı tamam başqadır. O təəssüflə bildirir ki, hüquq-mühafizə orqanlarında cinayətkar dəstələrin olması, onların kriminallaşması avtoritar rejimlərdə adi haldır. Bu baxımdan Azərbaycanın hüquq-mühafizə orqanları da istisna deyil. Eldar Namazov deyir ki, hakimiyyət həmişə bu strukturda çalışanların peşəkarlığını və fəaliyyətini yox, iqtildara sədaqət faktorunu önə çəkib. Dövlətin və dövlətçiliyin yox, hakimiyyətin düşməninə, müxalif qüvvələrə qarşı mübarizə aparmasını vacib sayıb. Və bu da təbii ki, komanda üzvlərinə əlavə imkanlar, o cümlədən cinayət törətməyə imkan yaradırdı. Bu da politoloq Eldar Namazovun baş verənlərə baxışıydı.



Ötən həftə baş verənlərdən sonra prezident İlham Əliyev jurnalistlərlə söhbətində bildirib ki, müxalifət baş verənlərdən özməqsədləri üçün istifadə etməyə çalışır. Müşahidəçilərin qənaətincə, belə təsəvvür yaranır ki, müxalifət hökumətə hücum çəkmək əvəzinə hökumət müxalifətə hücum çəkir.



Ekspertlər hesab edirlər ki, əslində «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətlindən və Milli Təhlüksətzlik Nazirliyinin keçirdiyi «Qara Kəmər» əməliyyatından sonra müxalifət ən azı hüquq-mühafizə orqanlarına rəhbərlik edənlərin istefasını tələb etməliydi. Amma politoloq Eldar Namazov deyir ki, cəmiyyət və eləcə də müxalifət indi müqavimət göstərmək iqtidarında deyil.



«O zaman hakimiyyət niyə zəif görünən müxalifətin üzərinə yeriyir?» sualına politoloq belə cavab verir ki, normal hakimiyyət özü beynəlxalq qurumların, eləcə də Azərbaycan ictimaiyyətinin reaksiyasını gözləmədən həmin qurumların rəhbərlərini istefaya göndərməliydi. «Dövlət başçısı belə addım atmadı. Və indi yalnız Azərbaycan ictimaiyyəti yox, beynəlxalq qurumlar, demokratik dövlətlər də prezident İlham Əliyevdən reaksiya gözləyirlər. Ola bilsin ki, İlham Əliyev bu şəkildə ümumi bir mesaj göndərir…»



İstefada olan polkovnik leytenant İsaxan Aşurov isə bu hadisələr zamanı hakimiyyətin müxalifəti heç bir əsas olmadan nədəsə ittiham etməsini belə qiymətləndirir: «Bu fantastik bir versiyadır…» İsaxan Aşurovun qənaətincə, hakimiyyətin indiki vəzifəsi müxalifəti və ya başqa bir qüvvəni ittiham etmək yox, sadəcə, baş verənləri təhlil edib, gələcəkdə belə səhvlərə yol verməməkdir.
XS
SM
MD
LG