Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:01

HRW: «Artıq seçkilər nə azad, nə də ədalətli olacaq»<p align=`left`><br><br>


Səs: Real audio
"Seçki kampaniyası polis zorakılığı və qorxutma ilə müşayiət olunur" "Human Rights Watch" təşkilatı Azərbaycandakı qeyri-demokratik seçkiqabağı situasiya ilə bağlı hesabat yayıb. Sənəddə bildirilir ki, Azərbaycan hakimiyyəti müxalifətdən olan deputatlığa namizədlərə, onların tərəfdarlarına zorakı münasibət göstərir.



Hesabatda bildirilir ki, bu zorakılıq və xof mühiti noyabrın 6-da keçiriləcək parlament seçkilərinin azad və ədalətli olacağına ümid qoymur:



"Müxalifətin tərəfdarları döyülürsə, namizədlərə təşviqat aparmağa imkan verilmirsə, insanlar azad səs verə bilməzlər. Görünür, bizi Azərbaycan tarixində dəfələrlə baş vermiş seçki saxtakarlıqları və pozuntularının təkrarlanması gözləyir".



"Human Rights Watch"un Avropa və Mərkəzi Asiya üzrə direktoru Holli Kartner belə deyir.



Təşkilatın yaydığı hesabatda seçki öncəsi kütləvi həbsləri, döyülmələri təsdiqləyən faktlar da sadalanır Bildirilir ki, paytaxt Bakının mərkəzində aksiya keçirmək istəyinə görə müxalifət fəalları döyülür və saxlanılır. Onların əksəriyyəti ictimai asayişi pozmaqda günahlandırılaraq inzibati cəza alır. Tutulanların bəzisi polis bölmələrində də fiziki zorakılığa məruz qalır.



Hesabatda "Yeni Fikir" Gənclər Təşkilatının üç üzvünün həbsindən narahatlıq ifadə olunur.



Sənəddə daha sonra MSK və yerli seçki komissiyalarında yalnız hökumət tərəfdarlarının təmsil olunduqların diqqətə çatdırılır. Bildirilir ki, yerlərdə icra qurumları, hüquq-mühafizə orqanları müxalifətin və müstəqil namizədlərin seçicilərlə görüşünə imkan vermirlər. Eyni zamanda hökumət iqtidaryönümlü namizədlərin xeyrinə seçkiqabağı təşviqata açıq şəkildə müdaxilə edir.



Təşkilatın rəsmisi H.Kartner hesab edir ki, hökumət azad və ədalətli seçki keçirmək istəmir: «Biz qorxuruq ki, bu, nümayişçilərə qarşı qanlı repressiylara gətirib çıxara bilər".



HRW beynəlxalq birliyi seçkilərin azad və ədalətli keçirilməsi üçün lazımınca səy göstərməməkdə günahlandırır. Təşkilat Azərbaycan hökumətini müxalifət və müstəqil fəalların sıxışdırılmasına son qoymağa, sərbəst toplaşmaq azadlığını təmin etməyə, seçki günü xof yaratmaqdan çəkinməyə çağırır.
XS
SM
MD
LG