Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:18

Milli Musiqini Müdafiə Komitəsi yaradılıb


Səs: Real audio
Nazir sülh sazişi barədə deyilənləri təkzib edir Azərbaycan Milli Musiqisini Müdafiə Komitəsi təsis edilib. Komitəni bu ayın əvvəlində Azərbaycan Televiziya Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tabeçiliyindən çıxarılıb, Mədəniyyət Nazirliyinə (MN) verilən beş kollektiv - Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkesrti, Simfonik Orkestr, Televiziyanın Xoru, Estrada Orkestri, «Bənövşə» Uşaq Xorunun üzvləri və Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu yaradıb. Onlar Baş nazir Artur Rəsizadənin bu kollektivləri Azərbaycan Televiziya Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tabeçiliyindən çıxarılıb, MN-ə verilməsi haqdakı qərarına etiraz edirlər.



Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, drijor, xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Nəriman Əzimovu öz kollektivi ilə yanaşı, uşaq xorunun dağıdılması da narahat edir.



Komitədə təmsil olunan hüquq müdafiəçisi Səidə Qocamanlı isə deyir ki, baş verənlərlə bağlı Muğam Mərkəzinin rəhbəri, millət vəkili Mehriban Əliyevaya müraciət göndəriləcək.



Son günlərin mübahisəli mövzusu olan bu yerdəyişmə ilə bağlı məsələ MN-də də müzakirə olunur. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Zöhrə Əliyeva deyir ki, sözügedən kollektivlərdən dördünün rəhbərliyini nazir müavini Ədalət Əliyev qəbul edib.



MN-in balansına beş kollektivlə birgə verilən Səsyazma Evinin direktoru Mübariz Tağıyevsə hesab edir ki, indilik gözləmə mövqeyində olmaq lazımdır. Çünki əslində hazırda nə baş verdiyini müəyyənləşdirmək çox çətindir.
XS
SM
MD
LG