Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:24

Ruhi xəstəxanada yanğın baş verib


Səs: Real audio
1 nəfər həlak olub Yanvarın 19-da axşam 2 saylı Ruhi-Əsəb Xəstəxanasında yanğın baş verib. Yanğın zamanı 153 xəstədən biri – 1966-cı il təvəllüdlü Xələfov Hamlet Musa oğlu həlak olub. 12 xəstə xəsarət alıb. Musa Nağıyev adına Təcili Yardım Xəstəxanasında onlara ilk yardım göstəriləndən sonra aidiyyəti üzrə xəstəxanalara – Maştağaya, Bayıla göndəriliblər. Digər xəstələr də təxliyə [evakuasiya] olunub.



Bu barədə "Azadlıq" radiosuna Baş Dövlət Yanğından Təhlükəsizlik İdarəsi ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Ağəli İsmayılov məlumat verib.



3.750 kv. metr ərazisi olan xəstəxanada yanğın 350 kv. m sahəni əhatə edib.



Hazırda Nəsimi rayon Prokurorluğu hadisəni araşdırır.
XS
SM
MD
LG