Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:19

«Azadlıq» Siyasi Bloku rəsmən elan edildi


Səs: Real audio
Yeni blok parlamentə proporsional seçki sisteminin bərpasına çalışacaq Fevralın 17-də AXCP, ADP, Milli Birlik Hərəkatı və Əli Əliyevin sədrlik etdiyi AMİP "Azadlıq" Siyasi Blokunu təsis etdilər. Bloka dair sazişə AXCP sədri Əli Kərimli, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva, AMİP-dən Əli Əliyev imza atdı. Mərasimdə iştirak edən ADP sədrinin müavini Sərdar Cəlaloğlu bildirdi ki, partiya sədri Rəsul Quliyev sənədi bir neçə gün əvvəl imzalayıb.



AXCP sədri Əli Kərimlinin dediyinə görə, blokun məqsədi Azərbaycanda demokratiyanı bərqərar etməkdir, çünki demokratiyanın bəzi əlamətləri olsa da, bu əlamətlərdən daha çox imitasiya üçün istifadə olunur. Cənab Kərimlinin sözlərinə görə, özünü müxalifətdə hesab edən heç kəs bu bloku özünə qarşı hesab etməməlidir, blokun hədəfi iqtidardır. AXCP sədrinin fikrincə, azad seçki uğrunda mübarizə hər gün olmalıdır. "Azadlıq" Siyasi Bloku isə parlamentə 2002-ci ildə ləğv edilmiş proporsional [partiya siyahıları üzrə] seçki sisteminin bərpası uğrunda mübarizəni davam etdirəcək.



Əli Kərimli deyir ki, "Azadlıq" blokunun təmsilçiləri yalnız müstəqil şəkildə Milli Məclisdə boş qalmış yerlərə təkrar seçkilərə qatıla bilərlər.



Ötən ilin martında ADP, Müsavat və AXCP "Azadlıq" Seçki Blokunu təsis etmişdi. Seçki ərəfəsində və seçkidən sonra Milli Birlik Hərəkatı və AMİP sədri Əli Əliyev də blokla birgə fəaliyyət göstərib. Müsavat partiyası parlamentə getmək və təkrar seçkidə iştiraka qərar verəndən sonra "Azadlıq" blokundan çıxıb.
XS
SM
MD
LG