Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:07

Mərkəzi Kəşfiyyat İdarəsinin Azərbaycandan çıxış nöqtəsi kimi istifadə etdiyi deyilir


Hesabatın müəllifi Dik Marti
Hesabatın müəllifi Dik Marti

AŞPA-nın məruzəçisi Dik Marti ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus təyyarələrin uçuşlarının marşrutu göstərib, məsuliyyət daşımalı olan 7 ölkənin adını çəkib


İyunun 7-də AŞPA-nın məruzəçisi Dik Marti bu təşkilata üzv ölkələrin ərazisində gizli həbsxanalarla bağlı hesabatını açıqlayıb. Cənab Marti qlobal “hörümçək toru” adlandırdığı məruzədə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus təyyarələrin uçuşlarının marşrutu göstərib, məsuliyyət daşımalı olan 7 ölkənin adını çəkib.


AŞPA-nın Hüquqi İşlər Komitəsində çıxış edən Dik Marti deyib ki, bəzi Avropa ölkələri MKİ-nin qanunsuz əməliyyatlarında fəal iştirak edib, bəziləri isə bilərəkdən onlara fikir verməyib, yaxud da nə edəcəyini bilməyib.


Müxtəlif dərəcələrdə məsuliyyət daşımalı olan ölkələr arasında İsveçin, Bosniya-Herseqovinanın, Böyük Britaniyanın, İtaliyanın, Makedoniyanın, Almaniya və Türkiyənin adı çəkilir.


Məruzədə deyilir ki, Azərbaycan, Qahirə, Əmman, İslamabad, Rabat, Quantanamo, Daşkənd, Əlcəzair və Bağdaddan içində məhbuslar olan təyyarələrin çıxış nöqtəsi və əməliyyatlar üçün hazırlıq məqsədi ilə istifadə olunub.


Dik Martinin məruzəsi iyunun 27-də AŞPA sessiyasında müzakirəyə çıxarılacaq. Bundan əvvəl AŞ-nın baş katibi T.Devis təşkilata üzv olan ölkələrə sorğu göndərərək içində məhbuslar olan ABŞ MKİ-nin təyyarələrinin onların ərazisindən keçib-keçmədiyini soruşmuşdu. Bu sorğuya cavabında Bakı ölkə ərazindən həmin məqsədlərlə istifadə edilmədiyini bildirirdi. Azərbaycan rəsmilərinin Dik Martinin son məruzəsinə reaksiyası hələlik məlum deyil.


XS
SM
MD
LG