Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:37

«Azadlıq» qəzetinin müxbiri həbs olunub


Yaxınları jurnalistin peşə fəaliyyətilə bağlı həbs edildiyini deyirlər
Yaxınları jurnalistin peşə fəaliyyətilə bağlı həbs edildiyini deyirlər
Aprelin 17-də «Azadlıq» qəzetinin Gəncə müxbiri Ərşad İbrahimov həbs olunub. Bu barədə jurnalistin yaxınlarının biri Pərviz İbrahimov məlumat verib.

Onun sözlərinə görə, müxbir günorta saatlarında evə gedərkən Gəncənin Kəpəz rayonunda saxlanılıb. O polisə müqavimət göstərməkdə ittiham olunur.

Kəpəz Rayon Məhkəməsi də bu ittihamla jurnalist haqqında 10 günlük həbs qərarı çıxarıb.

Yaxınları jurnalistin polisə müqavimət göstərməsinə inanmırlar. Hesab edirlər ki, saxlanılması onun peşə fəaliyyətilə bağlıdır.

«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov da deyir ki, son vaxtlar Ərşad İbrahimov Gəncədə müxtəlif sosial və bəzi kriminal problemlərlə bağlı yazılarla çıxış edirmiş.

Gəncə şəhər polis idarəsinin rəis müavini İlqar Balakişiyev isə «Azadlıq» radiosuna bu məsələdən xəbərsiz olduğunu bildirib.
XS
SM
MD
LG