Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:06

XİN Ankaranın açıqlamasına münasibət bildirdi


«Digər dövlətlərlə münasibətləri hansı formada qurmaq hər müstəqil dövlətin öz hüququdur».

Türkiyə-Ermənistan münasibətlərinə dair «yol xəritəsi» müəyyənləşməsinə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Elxan Poluxov belə deyib.

«Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və iki ölkə arasında sərhədlərin açılması yalnız Azərbaycanın işğal olunmuş ərazilərindən erməni hərbi hissələrinin çıxarılması prosesi ilə paralel aparılmalıdır»-, deyə E.Poluxov bildirib.
XS
SM
MD
LG