Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 03:54

Polis sıralarında bundan sonra ixtisarlar gözlənilmir


İyulun 2-si Azərbaycan polisinin peşə bayramıdır
İyulun 2-si Azərbaycan polisinin peşə bayramıdır

Azərbaycan polisinin sıralarında bundan sonra ixtisarlar aparılması gözlənilmir, çünki əhalisinin hər 100 nəfərinə düşən polis sayına görə Azərbaycan onsuz da MDB məkanında son yerlərdən birini tutur.


Daxili işlər naziri Ramil Usubov iyulun 1-də jurnalistlərə verdiyi açıqlamada belə deyib. Onun fikrincə, son 11 ildə aparılan ixtisarlardan sonra polisin sayı vəzifələrini yerinə yetirmək baxımından optimal həddə düşüb. Bundan sonra hansısa ixtisarların aparılması düzgün olmazdı. Ramil Usubov deyir ki, hər hansı növbəti ixtisardan öncə bunun əhaliyə xeyir, ya ziyan verəcəyi diqqətlə araşdırılmalıdır.


Bu arada prezident İlham Əliyev 2 iyul – Azərbaycan polisinin peşə bayramı münasibətilə polis orqanlarında çalışanların maaşlarının baza hissəsinin qaldırılması, bir qrup zabitin rütbəsinin artırılması, işində fərqlənənlərə isə fəxri adlar verilməsiylə bağlı fərmanlar imzalayıb.


Prezidentin fərmanıyla Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 50-100 faiz arasında, Daxili Qoşunların əməkdaşlarının maaşları isə 2 dəfə qaldırılıb.


XS
SM
MD
LG