Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:22

«Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun vəziyyətinin pisləşdiyi bildirilir


Bayıl Təcridxanasında saxlanılan «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun vəziyyətinin pisləşdiyi bildirilir. Bu barədə onun vəkili Vüqar Xasayev məlumat verib. Onun sözlərinə görə, Sakit Zahidovun ürək nahiyəsində ağrılar güclənib və o, nəfəs ala bilmir. Vəkilin xahişi ilə Sakit Zahidov təcridxananın səhiyyə hissəsinə aparılıb. Tibbi yardım göstərildikdən sonra yenidən kameraya qaytarılıb.


Sakit Zahidovun xanımı bildirir ki, əri 19 ildir ürək çatışmazlığından əziyyət çəkir.


İş həftəsinin sonu olduğu üçün Ədliyyə Nazirliyindən Sakit Zahidovun səhhətinin pisləşməsiylə bağlı xəbərləri dəqiqləşdirmək mümkün olmadı.


Sakit Zahidov iyunun 23-də həbs olunub. O, narkotik maddələrin yayılmasında təqsirli bilinir.


XS
SM
MD
LG