Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:59

Tahir Tağızadə: «Avropa Birliyi ilə fəaliyyət planını razılaşdırılmış hesab etmək olar»


XİN-in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə, 21 iyun 2006
XİN-in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə, 21 iyun 2006

XİN-nin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə deyir ki, bu müzakirələrdən sonra artıq Azərbaycanın «Yeni Qonşuluq Siyasəti» çərçivəsində fəaliyyət planını prinsipcə razılaşdırılmış hesab etmək olar. Sənəddə razılaşdırılmamış bəzi texniki məsələlər qalsa da, hər iki tərəf onu razılaşdırılmış hesab edə bilər.


Cənab Tağızadənin sözlərinə görə, AB nümayəndə heyətinə başçılıq edən Fokion Fotiadis Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşü zamanı danışıqları və ümumiyyətlə, Azərbaycanın Avropaya inteqrasiya siyasətini yüksək dəyərləndirib.


Tahir Tağızadə əlavə edir ki, müzakirələrin nəticəsi AB-nin üç Cənubi Qafqaz ölkəsi ilə «Yeni Qonşuluq Siyasəti»nə dair payızda sazişlər imzalamaq niyyətinin gerçəkləşəcəyini deməyə əsas verir.


Azərbaycanın Avropa Birliyinin «Yeni Qonşuluq Siyasəti»nə qoşulması ilə bağlı razılaşdırılmamış məqamların müzakirəsi iyulun 17-də başlamışdı. Danışıqlar əsasən siyasi və iqtisadi və infrastruktur istiqamətlərində aparılırdı.


XS
SM
MD
LG