Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:07

Əhmədinejad rəsmən qalib elan olundu


Mahmud Əhmədinejad seçki mitinqində, 10 iyun 2009
İran hökuməti Mahmud Əhmədinejadı iyunun 12-də keçirilmiş prezident seçkisinin rəsmi qalibi elan edib.

Rəsmi məlumatlara əsasən, seçicilərin 62.6 faizi Əhmədinejada səs verib. Onun əsas rəqibi – keçmiş Baş nazir Mirhüseyn Musəvi 33.7 faiz səs toplayıb.

Seçici iştirakı yüksək olub – 85 faiz.

Mirhüseyn Musəvi tərəfdarlarının etiraz aksiyası, 13 iyun 2009
Ancaq Mirhüseyn Musəvi hakimiyyəti kütləvi saxtakarlıqlarda ittiham edir və məğlubiyyəti ilə razılaşmır.

Xarici informasiya agentliklərinin verdiyi xəbərə görə, Tehranda gərgin vəziyyət yaranıb. Polis Daxili İşlər Nazirliyi və bir sıra başqa hökumət binalarını mühasirəyə alıb. Musəvi və Əhmədinejad tərəfdarları arasında toqquşmalar haqda məlumatlar var.
XS
SM
MD
LG