Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:52

İranda rəngli inqilab?


Yaşıl rəng İranda Musəvi tərəfdarlarının simvoludur
Yaşıl rəng İranda Musəvi tərəfdarlarının simvoludur
İrandan son xəbərlər
Musəvinin tərəfdarı olan gənclər nümayişə çıxanlara öz vebsaytlarından müraciət edirlər ki, başlarına və ya qollarına yaşıl lent bağlamaqla yanaşı, əllərinə qara şam götürsünlər.

Yaşıl rəng İranda Musəvi tərəfdarlarının simvoludur. Qara rəng isə ölənlərin xatirəsini yad etməkdir.

İranın İnqilabi Qvardiyası isə bu gün öz vebsaytında xəbərdarlıq edib ki, «küçə etirazçılarına inqilabi yolla cavab veriləcək...»

HAKİMİYYƏT MƏSULİYYƏTİ BOYNUNDAN ATIR

Şənbə günü Tehran nümayişlərində ölənlər haqda rəsmi məlumatlar və fikirlər indi gəlir. Tehran prokurorluğu bu gün bildirib ki, naməlum vandallar və sabotajçılar ən azı 10 adamı güllələyiblər.

Hakimiyyət bu ölümlərin məsuliyyətini boynuna almasa da, həbsləri etiraf edir. Rəsmi məlumata görə, son iki gündə 457 adam həbs olunub. Parisdə qərarlaşan «Sərhədsiz Reportyorlar» təşkilatı son günlər İranda
Tehran, 20 iyun 2009
həbs olunmuş 24 jurnalistin və bloqqerin adını açıqlayıb.

«HAMINI DÖYÜRDÜLƏR»

Nümayişlərin dağıdılmasındakı zorakılıq haqda bir şahid Radio Fərdaya deyir: «Onlar nümayişçiləri araya alıb, var gücləri ilə döyürdülər. Mən son illər xüsusi təyinatlı dəstələrin belə zorakılığını görməmişdim. Adamlar yerə oturdular, onda da motosikllər gəldi. Polis baxmırdı bu qadındır ya uşaqdır. Hamını döyürdülər».

«XAMENEYİYƏ ÖLÜM!»

12 iyun prezident seçkilərini rəsmi nəticələrə görə uduzan 67 yaşlı keçmiş baş nazir Musəvi, Tehranda yayılan xəbərlərə görə, deyib ki, o şəhid olmağa hazırdır.

Tehran, 20 iyun 2009
Bu, Tehranda yayılan xəbərdir, ancaq Musəvi öz vebsaytında yazır ki, seçkilərin nəticələrinin ləğv olunması tələbində israrlıdır və seçkilərin saxtalaşdırılması bir neçə ay əvvəlcədən planlaşdırılıb. Musəvinin bu bəyanatı İranın ali lideri Ayətulla Xameneyinin cümə namazındakı çıxışına cavabdır. Onda Xameneyi dedi ki, təkrar seçki olmaycaq.

«Amnesty İnternational» beynəlxalq insan haqları təşkilatı Xameneyinin çıxışını nümayişləri dağıtmağa «yaşıl işıq» adlandırıb.

Nümayişçilər isə indi İranda görünməmiş şüar qışqırırlar: «Xameneyiyə ölüm!».

«Reuters» xəbər verir ki, bu günə keçən gecə 12 iyundan bəri ilk gecədir ki, Tehranda sakitlik olub. Tehran, xüsusilə etirazçıların bazası hesab olunan paytaxtın şimalı üzərində vertolyotlar keşik çəkir.

XS
SM
MD
LG