Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:33

Ziyalılar Moskvada nəyi müzakirə edəcəklər?


İlham Əliyev Azərbaycan və Ermənistan nümayəndələrini qəbul edir
İlham Əliyev Azərbaycan və Ermənistan nümayəndələrini qəbul edir
Bu il iyul ayının 20-də Moskvada Azərbaycan və Ermənistan ziyalılarının növbəti görüşü gözlənir. Bu dəfə nümayəndə heyətinin tərkibinin daha geniş olması nəzərdə tutulub.

Bu barədə «Azadlıq» radiosuna məlumat verən politoloq Rasim Musabəyovun sözlərinə görə, o da həmin nümayəndə heyətinin tərkibində olacaq: «Ayın 18-19-da Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri nəzərdə tutulur. Bu görüşün, sülh prosesinin dəstəyi kimi sonra da hər iki tərəfin ziyalıları görüşəcəklər».

XALQ DİPLOMATİYASI NƏ VAXT İŞƏ DÜŞMƏLİDİR?

Ötən həftəsonu Azərbaycan ziyalıları Dağlıq Qarabağ və Ermənistana, Ermənistanın nümayəndə heyəti isə Bakıya səfər etdi. Prezident İlham Əliyevsə Rusiyanın «Vesti» kanalına müsahibəsində dedi ki, münaqişənin nizamlama prosesində ilkin olaraq beş rayon, beş ildən sonra Kəlbəcər və Laçın qaytarıla bilər və bu, kompromis müddətdir.

Özünün belə görüşlərə məmnuniyyətlə qatıla biləcəyini deyən millət vəkili İqbal Ağazadə də hesab eləyir ki, bu tipli səfərlərin cəmiyyətə maneçiliyi yoxdur. Amma onun fikrincə, xalq diplomatiyası problemin həlli tapılandan sonra işə düşməlidir:

«Güman etmirəm ki, bu səfərlər problemi ya həll edəcək, ya da həllini sürətləndirəcək. Xalq diplomatiyası o zaman uğur qazanır ki, problem həll olunur və tərəflər arasında düşmənçiliyi aradan qaldırmaq üçün bu vasitədən istifadə olunur».

İqbal Ağazadənin fikrincə, danışıqlar prosesinə qatılan qeyri-diplomatlar sazişin bütün bəndlərindən xəbərdar olmalıdırlar ki, nəyi dəstəklədiklərini bilsinlər.

ZİYALILAR NƏDƏN DANIŞACAQ?

Ermənistan təmsilçiləriylə görüşə hazırlaşan Rasim Musabəyov isə deyir ki, görüşlərə qatılan iştirakçıların hər biri öz mövqeyini ifadə eləyir:

«Ziyalılar etibarlılığın yaradılması, möhkəmlənməsi səylərindən danışacaqlar. Danışıqlarda hansı güzəştlərin, nə nəyin arxasınca olmalıdır, bu ziyalıların görüşünün predmeti deyil».

Bəs Azərbaycanın mənafeyinə zidd sülh sazişi imzalanarsa, ziyalıların davranışı necə olacaq, sualına isə Rasim Musabəyov belə cavab verdi:
«Azərbaycanın mənafeyinə zidd sülh sazişi imzalanmasına inanmıram. Amma bu baş verərsə, onda mən özüm hər bir meydandan istifadə edib əleyhinə çıxış edəcəyəm».

Rasim Musabəyov deyir ki, ziyalıların görüşü qarşıda hər hansı sənədin imzalanıb-imzalanmamasından asılı olmayaraq, davam edəcək.

Prezident İlham Əliyevin «Təzə Pir» məscidinin açılışnda münaqişənin nizamlanmasında Rusiyanın mövqeyini qabartmasına toxunan politoloq Zərdüşt Əlizadə isə deyir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsiylə bağlı çərçivə sazişinin imzalanmasında əsas rol oynayacaq, amma problem həll olmayacaq: «Sadəcə münaqişənin forması dəyişəcək, amma mahiyyət olduğu kimi qalacaq».

Cəmiyyət haqqında danışılan sülh sazişinin hansı prinsiplər əsasında tərtib olunacağı barədə məlumatsızdır. Bunu Liberal Partiyasının lideri Lalə-Şövkət deyir:
«İlham Əliyev deyir ki, əvvəlcə 5 rayon qaytarılır, 5 ildən sonra Laçınla Kəlbəcər. Dağlıq Qarabağın status məsələsi isə gələcəkdə olacaq. Ermənistan prezidenti Serj Sarkisyan isə deyir ki, Dağlıq Qarabağ statusu olmayınca rayonların qaytarılmasından söhbət gedə bilməz».

Azərbaycan hakimiyyət təmsilçiləri son günlər münaqişənin həlliylə bağlı daha optimist danışırlar. Amma bəzi politoloqlar da deyirlər ki, onlar üçün qaranlıq suallar var və hakimiyyətdən açıqlama istəyirlər.
XS
SM
MD
LG