Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:42

Leyla Yunus Ramil Usubova müraciət edib


Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus gənclər hərəkatı fəalları Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılmasına yardım istəyi ilə daxili işlər naziri Ramil Usubova müraciət edib.

Nazirə ünvanlanan müraciətdə iyulun 8-də paytaxtdakı «Livan» restoranında baş vermiş hadisənin təfərrüatı bildirilir, polisin vəziyyətə vaxtında müdaxilə etmədiyi qeyd olunur:

«İki nəfər idmançının hücumuna məruz qalmış Hacızadə və Milliyə tibbi yardım göstərilməyib, onlar ekspertizadan keçirilməyib, polis həkimə və vəkilə gənclərlə görüşməyə imkan verməyib».

Müraciətin sonunda gənclərin həbsdən buraxılması və onlara xəsarət yetirənlərin cəzalandırılmasının zəruri olduğu vurğulanır.

Həmçinin bax

Döyülən gənclər 48 saatlığa həbs olundu
XS
SM
MD
LG