Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:07

Yazdıqlarına, yoxsa dövlətə qarşı çıxdığına görə həbs edilib?


Səid Mətinpur
«Vallah mən çox çarəsizəm. Bu məmləkətdə heç bir qanun yoxdur. Qanunsuz ölkədə hara pənah aparasan? Bir ümidimiz Allahdır…»

İran vətəndaşı Atiyyə Tahiri belə deyir. Əslən azərbaycanlı olan İran jurnalisti və hüquq müdafiəçisi Səid Mətinpurun həyat yoldaşı.

«QANUNSUZ ÖLKƏDƏ HARA GEDƏSƏN?»

Səid Mətinpur Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarı ilə səkkiz il azadlıqdan məhrum edilib. Hazırda məşhur Evin zindanındadır. O əcnəbilərlə əlaqədə, İran İslam Respublikasının quruluşuna qarşı çıxmaqda ittiham olunur.

BLOQUNDA TÜRK DILİNDƏN YAZIRDI

Atiyyə Tahiri deyir ki, həyat yoldaşı Türkiyəyə səfərdən sonra hakimiyyətin qəzəbinə gəlib. Amma səfər sadəcə, bəhanədir. Əsl səbəb başqadır. O yazılarına görə azadlıqdan məhrum edilib.
«Səid ictimai fəaliyyətlə məşğul di. Özünün bloqu vardı. İrandakı ictimai məsələlərdən, hüriyyətdən yazırdı, türk dilinə qoyulan qadağalardan, azərbaycanlıların öz ana dillərində yazıb-oxuya bilməmələrindən danışırdı. Mən düşünürəm ki, məhz bunlara görə Səidə səkkiz il iş veriblər, bu işdə ittiham olunan başqalarına bir il».

JURNALİSTƏ PSİXOLOJİ VƏ FİZİKİ İŞGƏNCƏLƏR VERİLİB

Atiyyə Tahiri deyir ki, həyat yoldaşı məhkəmə qərarından öncə təxminən 9 ay həbsxanada saxlanılıb, sonra girov müqabilində azad edilib. Xanımının sözlərinə görə, saxlandığı müddətdə ona psixoloji, həm də fiziki işgəncələr verilib.

«Bu cinayət işi əvvəlcədən qanunsuz açıldı. Səid 9 ayda işgəncə altında saxlandı və həmin müddətdə vəkiliylə təmasda olmayıb. Hökm elan olunandan sonra vəkillə görüşə icazə verməyiblər. Onda da geciydi, o bir iş görə bilməyib. Bizim ümid yolumuz yoxdur. Bir ümid yerimiz Allahdır. Bəlkə bir yola aça, cəmi həbsdə olanlara. Bu gün İranda tək Səid deyil, minlərlə insan həbsdədir. Ümidsiz halda çırpınırlar. Qanunsuz ölkədə hara pənah aparasan?»

«Amnesty International» beynəlxalq insan hüquqları təşkilatı jurnalistin təbii insan haqlarının bərpasını tələb etdiyini bildirərək, onu vicdan dustağı elan edib.

Beynəlxalq insan hüquqları təşkilatları Səid Mətinpur da daxil olmaqla həbsdə olan digər fəalların dərhal azad edilməsi tələbi ilə bir neçə təcili bəyanat verib, İran rəsmilərinə dəfələrlə müraciət edib.
XS
SM
MD
LG