Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:27

Gənc fəalların vəkillərinin şikayəti təmin edilmədi


Gənc fəallar Adnan Hacızadə və Emin Milli
Gənc fəallar Adnan Hacızadə və Emin Milli
İyulun 23-də Səbail Rayon Məhkəməsində gənc fəallar - Adnan Hacızadə və Emin Millinin vəkillərinin polisə qarşı qaldırdığı iddiaya baxılıb. Prosesə hakim Famil Nəsibov sədrlik edib. Proses qapalı keçirilib.

Vəkillər şikayət ərizəsində gənc fəalların saxlanarkən Səbail Rayon Polis İdarəsində pis rəftara məruz qaldıqlarını və onların müdafiə hüququnun pozulduğunu yazıblar.

Məhkəmə iddianı təmin etməyib. Vəkillər bu qərardan yuxarı instansiyalar şikayət edəcəklərini deyiblər.

Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişəyə görə həbs olunub və xuliqanlıqda ittiham olunurlar. Məhkəmənin qərarı ilə hər iki gənc barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bir sıra beynəlxalq insan haqları təşkilatları gənclərə qarşı irəli sürülən xuliqanlıq ittihamı əsassız hesab edirlər.

Mövzu ilə bağlı münasibətinizi forumda bildirə bilərsiniz.
XS
SM
MD
LG