Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:01

Politoloqun oğlu da MTN-ə çağırıldı


Politoloq Ərəstun Oruclu
Politoloq Ərəstun Oruclu
Politoloq Ərəstun Oruclunun 17 yaşlı oğlu Turan Oruclu Milli Təhlükəsizlik Nazirliyinin Nəsimi rayon şöbəsinə çağırılıb. Amma çağrılmanın səbəbi izah edilməyib. Bu haqda AzadlıqRadiosuna məlumat verən politoloqa görə, səbəb oğlunun «Eurovision» mahnı müsabiqəsi zamanı Ermənistandan olan iştirakçılara SMS göndərməsidir:

«Düzdür, zəng edənlər bu haqda bizə heç nə demədilər. Sadəcə, ehtimal edirəm. Mən bilirəm ki, oğlum da, onun məktəb yoldaşları da mayda keçirilən müsabiqə zamanı erməni əsilli müğənnilərə səs veriblər. Mən burda pis bir şey görmürəm. Bu, 17 yaşlı oğlanın seçimidir, Buna qarışa bilmərəm».

Ərəstun Oruclu telefonda özünü MTN əməkdaşları kimi təqdim edənlərdən tələb edib ki, səbəb açıqlansın və evə rəsmi çağırış göndərilsin.

Məlumat üçün deyək ki, bir qədər öncə Rövşən Nəsirli adlı gənc də AzadlıqRadiosuna deyib ki, «Eurovision 2009» mahnı müsabiqəsində iştirak edən erməni müğənnilərə SMS göndərdiyinə görə MTN-ə çağrılıb.

Hələlik bu deyilənlərə MTN-in mövqeyini öyrənə bilməmişik.

«Eurovision 2009» mahnı müsabiqəsi mayda keçirilib. Bu Avropa Yayım İttifaqına üzv ölkələrin müsabiqəsidir. Müsabiqənin şərtlərinə görə, iştirakçı ölkəyə həmin ölkədən olan vətəndaşlar səs göndərə bilməzlər. Builki yarışmada erməni müğənnilərə Azərbaycandan 43 nəfər səs göndərib. Bu səslər bir faiz etmədiyinə görə, canlı yayımda açıqlanmayıb. Ermənistan isə Azərbaycan təmsilçilərinə bir xal verib.
XS
SM
MD
LG