Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:08

Büdcənin 50 faizi həcmində gizli iqtisadiyyat


Rüşvəti «qorxaqla quldur arasında gizli saziş» adlandıran deputata görə, sahibkar qorxur ki, istənilən pulu verməsə, ona ciddi problemlər yaradıla bilər
Rüşvəti «qorxaqla quldur arasında gizli saziş» adlandıran deputata görə, sahibkar qorxur ki, istənilən pulu verməsə, ona ciddi problemlər yaradıla bilər
«Azərbaycanda kölgə iqtisadiyyatının həcmi illik büdcənin 50 faizindən aşağı deyil».

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədov belə hesab edir. O deyir ki, gizli iqtisadiyyata qarşı mübarizə əsasən dövlətin işi olsa da, bu məsələyə vətəndaşlar da biganə yanaşmamalıdırlar:

«Mübarizənin çox asan yolları var. Aldığımız malların çekini tələb eləməliyik, istifadə etdiyimiz xidmətlərə görə uyğunluq sertifikatını tələb eləməliyik. Cəmiyyət olaraq buna biz də qoşulmalıyıq».

N.Məmmədov deyir ki, ona tez-tez yerli və xarici sahibkarlar vergi orqanlarının əsassız yoxlamalarından, nə isə tələb etmələrindən şikayətlənirlər:

«Amma həmin sahibkarlardan soruşanda ki, sən bununla bağlı Vergilər Nazirliyinə rəsmi müraciət etmisənmi, deyir «yox».

Nazim Məmmədov deyir ki, gizli iqtisadiyyatın mövcudluğunda həm nəzarətedici orqanlar, həm də elə sahibkarlar özləri günahkardırlar, çünki onlar öz aralarında razılaşmaya gəlirlər.

Sahibkar Bədrəddin Quliyev isə deyir ki, ölkədə gizli iqtisadiyyatın getdikcə çoxalması və buna qarşı mübarizənin zəif olması bir çox məmurların biznes qurumlarını himayə etməsi ilə bağlıdır
Rüşvəti «qorxaqla quldur arasında gizli saziş» adlandıran deputata görə, sahibkar qorxur ki, istənilən pulu verməsə, ona ciddi problemlər yaradıla bilər. Amma o, bütün qurumlarda belə bir vəziyyətin mövcudluğunu qəbul etmir:

«Qanunlara əməl edən dövlət məmurları ölkədə kifayət qədərdir».

Sahibkar Bədrəddin Quliyev isə deyir ki, ölkədə gizli iqtisadiyyatın getdikcə çoxalması və buna qarşı mübarizənin zəif olması bir çox məmurların biznes qurumlarını himayə etməsi ilə bağlıdır.

İqtisadçı Qadir İbrahimli isə bildirir ki, gizli iqtisadiyyat deyiləndə elə başa düşülməməlidir ki, bundan yuxarıdakıların xəbəri yoxdur. Əksinə, o hesab edir ki, gizli iqtisadiyyat elə yuxarıların himayəsində olub vergidən yayınan iqtisadiyyatdır.
XS
SM
MD
LG