Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:49

Həccə gedənlərə peyvənd vurulmalıdır


Həcc ziyarəti bu ilin noyabrında başlayır
Həcc ziyarəti bu ilin noyabrında başlayır
Səudiyyə Ərəbistanının həccə gedənlərin mütləq mövsümü qripə qarşı peyvənd olunması xəbərdarlığını Qafqaz Müsəlmanları İdarəsi (QMİ) hələ almayıb. İdarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyir ki, əgər belə bir xəbərdarlıq olarsa, onlar buna əməl etməyə hazırdırlar.

Bu il Azərbaycanın həcc kvotası 2 min nəfərdir. Onların 1700 nəfəri təyyarə, 300 nəfəri isə avtobusla ziyarətə yollanacaq. Əvvəlki illərdə kvota 6000 min olub. QMİ rəhbəri Allahşükür Paşazadə bu ilin iyulunda keçirdiyi mətbuat konfransında bu azalmanı zəvvarların təhlükəsizliyilə əlaqəli olduğunu bildirmişdi.

Rəhimə Dadaşovanın deyir ki, avtobusla nəzərdə tutulan kvota hələ ötən ay bitib, təyyarə ilə getmək istəyənlərin kvotası isə artıq dolmaq üzrədir:

«Həccə təyyarə ilə gedənlər 3500 manat, avtobusla gedənlər isə 2050 manat ödəməlidirlər. Amma adamların harada qalmaq seçimindən asılı olaraq qiymətlər baha da ola bilər».

Həcc ziyarəti bu ilin noyabrında başlayır.
XS
SM
MD
LG