Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:17

«Türkiyə iqtidarı öz populyarlığını itirə bilər»


Sinan Oğan
Türkiyə hökuməti Ermənistanla apardığı danışıqlarda Azərbaycanın mövqeyini nəzərə almasa, ölkə iqtidarı öz populyarlığını itirə bilər.

Bu fikirləri sentyabrın 3-də AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Cəmiyyətlər Türkiyə Ermənistan əlaqələrinə hazırdırmı?» mövzusunda Azərbaycan-Ermənistan və Türkiyə ekspertlərinin iştirakıyla keçirilən müzakirədə türkiyəli politoloq Sinan Oğan deyib.

Türkiyəli politoloqa görə, qapılar arxasında Qarabağla bağlı hansısa danışıqlar var və bu ilin sonuna kimi müəyyən irəliləyiş haqqında eşidəcəyik.

Yerevandan politoloq Aleksandr İskenderyan isə bildirib ki, Ankara-Yerevan yaxınlaşmasına Ermənistanda da müəyyən etirazlar var. Amma bu etirazların elə də güclü olmadığını deyən politoloqa görə, Daşnaksütun Partiyasının keçirdiyi etiraz mitinqində 2-3 min adam iştirak edib ki, bunu da Yerevan üçün böyük bir aksiya hesab etmək olmaz.

Amma Aleksandr İskenderyana görə, baş verən hadisələrdə Türkiyə siyasətçilərinə yaxşı aydın oldu ki, Ermənistan Qarabağ məsələsini sərhəddə qurban verən deyil.

Müzakirədə Bakıdan jurnalist Könül Şamilqızı və politoloq Ərəstun Oruclu da iştirak edib. Bundan başqa, söhbət zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın müşaviri Qeybulla Ramazanoğlunun fikirləri səslənib.

AzadlıqRadiosunda gedən müzakirəni burdan dinləyə bilərsiz.

Buna da bax:

XS
SM
MD
LG