Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:04

Üçüncü sinif şagirdi 42 günə 40 kitab oxuyub


Ləman Atayeva
Ləman Atayeva
Bu qədər kitabı yay tətilində Danimarkada üçüncü sinfə gedən azərbaycanlı Ləman Atayeva oxuyub. Bu günlərdə «Mediaforum» saytı bu xəbəri verəndən sonra Ləmanı tapdıq.

Ləman deyir ki, Danimarkada yay tətili 42 gün olur. Bu yay ən çox kitab oxuyana mükafat söz verilib.

Tətilin ilk günündən Ləman da başlayıb kitabları oxumağa:

«Çoxlu kitablar oxudum, qalib gəldim. Şəhərin kitabxanasından götürüb, oxuyur, sonra, da qaytarırdım. Bir dəfəyə 10 dənəsini götürürdüm».

Hərəsi 60-70 səhifə olan bu kitabları oxumaq Ləmana pul da qazandırıb.

Yaşadıqları Sorlandstrand şəhərinin meri bir neçə gün əvvəl uşaqları kitabxanaya yığıb, ən çox kitab oxuyan 10 şagirdi təbrik edib. Onların arasında ən çoxunu – 42 günə 40 kitabı oxuyan Ləmana isə 400 Danimarka kronu – təxminən 65 manat mükafat verib:

«Kitab alacam, sonra dəftər alacam, riyaziyyat şeyləri alacam. O, dərs puludur da, ona görə».

Bütün uşaqlara verilən «böyüyəndə nəçi olacaqsan» sualına Ləman əksər uşaqlar kimi həkim, ya da müəllim cavabını vermir. Danimarkada yaşayan üçüncü sinifdə oxuyan Ləman böyüyəndə yazıçı olacağını deyir.
XS
SM
MD
LG