Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:22

Haraşti MTN-ni tənqid etdi


«Hüquq-mühafizə orqanlarının xoşagəlməz təcrübəsini mən davamlı olaraq tənqid etmişəm»
«Hüquq-mühafizə orqanlarının xoşagəlməz təcrübəsini mən davamlı olaraq tənqid etmişəm»
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti «Eurovision 2009» müsabiqəsində Ermənistanın mahnısına səs verənlərin sorğu-sual edilməsi ilə bağlı məlumatı şərh edib.

««Eurovision qalmaqalı» Azərbaycanda hüquq-mühafizə orqanlarının xoşagəlməz təcrübəsindən irəli gəlir, mən davamlı olaraq bu təcrübəni tənqid etmişəm və yaxşılaşma tələb etmişəm».

Bunu AzadlıqRadiosuna müsahibəsində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti deyib.

Rövşən Nəsirli və Turan Oruclu adlı Azərbaycan vətəndaşları AzadlıqRadiosuna müsahibə verib demişdilər ki, onları bu ilin mayında keçirilən «Eurovision 2009» mahnı müsabiqəsində erməni müğənnilərə səs verdikləri üçün Milli Təhlükəsizlik Nazirliyinə çağırıb sorğu-sual ediblər.

MTN-nin müstəntiqi Ceyhun Süleymanov avqustun 17-də BBC-ə müsahibəsində bu məlumatı təsdiqləsə də, sonradan nazirliyin mətbuat xidməti məlumat yaydı ki, belə sorğu-sual olmayıb.
XS
SM
MD
LG