Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:25

BVF Azərbaycandakı nümayəndəsini geri çağırıb


Azərbaycan 1993-cü ildən BVF-nin üzvüdür
Azərbaycan 1993-cü ildən BVF-nin üzvüdür
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycandakı nümayəndəsini geri çağırıb.

Fondun Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, hazırda BVF-nin Azərbaycanda icraatında heç bir proqramın olmaması səbəbindən və cari xərclərin azaldılması məqsədi ilə Fondun Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandıra bilər.

Nümayəndəliyin işi artıq məhdudlaşıb ki, bunun nəticəsində işçilərin bir qismi ixtisar olunub və Azərbaycan hökuməti ilə BVF arasında məsələləri əlaqələndirmək üçün ofisdə nümayəndəliyin bir-neçə işçisi qalacaq».

Azərbaycan 1993-cü ildən BVF-nin üzvüdür.

Bu müddət ərzində BVF Azərbaycan hökumətinə 600 mln. ABŞ dollarından artıq vəsait ayırıb. Azərbaycanın Fondun qarşısındakı hazırkı öhdəliyi 40 mln. dollar təşkil edir ki, həmin vəsait 2014-cü ilədək tam ödəniləcək.

BVF-nin nümayəndəliyə sonuncu dəfə Koba Qvenetadze başçılıq edib.

/APA-ECONOMICS/
XS
SM
MD
LG