Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:19

«Rəsmi Ankara özünü küncə dirəyib»


Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan
Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan
«Böyük ehtimalla Ermənistan beş rayonu 2010-cu ilin aprelinədək azad etməyəcək, sonra Birləşmiş Ştatlar və Avropa Birliyi ermənilərin iddia etdiyi soyqırımı tanıma məsələsi ilə Türkiyəyə təzyiq edəcək və Ankara erməni qoşunları həmin beş rayondan çəkilməmiş sərhədləri açmalı olacaq».

Bu sözləri Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan oktyabrın 12-də AzadlıqRadiosunun «İşdən sonra» proqramında deyib. Onun fikrincə, protokollara imza atmaqla rəsmi Ankara özünü küncə dirəyib.

Türkiyə ilə Ermənistan Xarici İşlər nazirlərinin imzaladıqları protokollardan sonra bölgədə münasibətlərin necə inkişaf edəcəyi barədə müzakirələr zamanı başqa fikirlər də səslənib:

Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Mübariz Qurbanlı:

«Azərbaycan xristian klubu ilə üz-üzədir. Türkiyə xristian klubunun təzyiqi ilə bu protokolları imzalamalı oldu».

«Turan» agentliyinin analitiklər qrupunun rəhbəri Zəfər Quliyev:

«Protokollar Qarabağ nizamlanması ilə bağlı prosesi dalandan çıxarmaq imkanı yaradır».

Qafqaz Universitetinin professoru Fərhad Mehdiyev:

«Türkiyə bundan sonra çox ehtiyatlı bir siyasət yürütməlidir. Belə olsa, hansısa qazanclar əldə edə bilər. Amma Azərbaycan bu prosesdə heç nə qazanmır».

Türkiyə baş nazirinin müşaviri Qeybulla Ramazanoğlu:

«Pərdə arxasında bizim bilmədiyimiz məqamlar var».

Söhbət hansı məqamlardan gedir? Azərbaycan-Türkiyə-Ermənistan üçbucağında kim nə itirir, nə qazanır? Azərbaycanla Türkiyə arasında böhran varmı? Azərbaycan xarici siyasətini necə dəyişəcək?

Bu suallara cavabları «İşdən sonra» proqramının bazar ertəsi efirə getmiş buraxılışında dinləyin.
XS
SM
MD
LG