Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:08

Vaksinlər birinci həkimlərə vurulacaq


İlk mərhələdə gətiriləcək 170 min dozada vaksinin vurulması üçün prioritet qruplar müəyyənləşdiriləcək
İlk mərhələdə gətiriləcək 170 min dozada vaksinin vurulması üçün prioritet qruplar müəyyənləşdiriləcək
Azərbaycana gətiriləcək A/H1N1 virusu («donuz qripi») əleyhinə vaksinlər ilk növbədə həkimlərə vurulacaq. Bu barədə AzadlıqRadiosuna Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov məlumat verib.

Onun sözlərinə görə, ilk mərhələdə gətiriləcək 170 min dozada vaksinin vurulması üçün prioritet qruplar müəyyənləşdiriləcək:

«Gərək həkimlər peyvənd olsun ki, xəstələri müalicə edə bilsin. Bundan sonra beynəlxalq hava limanında, dəmiryolu sistemində işləyənlər, o cümlədən uşaqlar bu qruplara aid olacaqlar».

Ümumdünya Səhiyyə Təşkilatı vaksinləri bu ayın axırına kimi göndərməyi nəzərdə tutur. Viktor Qasımov deyir ki, 170 min dozadan əlavə də ölkəyə vaksin gətiriləcəyi gözlənir. Onun sözlərinə görə, «donuz qripi» əleyhinə vaksinlərin dekabrın əvvəlində vurulmasına başlanacaq. Vaksinlər ölkə üzrə əhalinin 8-10 faizinə vurulacaq.
XS
SM
MD
LG