Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:44

Bələdiyyə seçkisinin gedişindən canlı reportaj


Azerbaijan -- 18 March referendum on constitutional amendments, Baku, 18Mar2009
Azerbaijan -- 18 March referendum on constitutional amendments, Baku, 18Mar2009

Bələdiyyə 2009! Hamı seçkilərə! “Qazın gəlmir? Işiq yoxdu? Yol bərbad gündədi? – Ölməmişəm ki, mənə səs ver – rahatsızlığına son qoyum!” “Təmir-tikinti, Yol çəkilişi, Kommunal xidmətləri, Abadlıq işləri” Və daha nələr, və 5 də artıq... Bələdiyyə?! Nəqqqqədərdə poetik bir ifadə?! 2009 Necə də sirli ədəd!

Adamın lap bələdiyyə başçısı olmağı gəlir. Gözlərini yumursan və brilyant toz parıltısına bürünmüş çəhrayı dumanda qızıl kanalizasiya trubaları, almaz asfalt, büllur bardyurlar, firuzələr, sapfirlər...... hamisi qarışır bir-birinə.

Və birdən gözün açılır, görürsən ki, ölkədə nə qədər yerin təmirə, abadlığa, bərpaya ehtiyacı var. Sonsuz büdcə, yemək, yemək, yemək və içmək, yemək və içmək. İştaha artır, adam kökəlir, göz qaralır. Bir məşhur teatrda deyilən kimi “Sabahınız xeyir Şakir Şəkəroviç, hər vaxtınız xeyir Şakir müəllim, gecəniz xeyrə qalsın yoldaş Şirinov”

Bu yaxınlarda təsadüfən YAP-ın internet səhifəsinə nəzər saldım. Səhifədə hakim partiyadan olan namizədlərin sayı göstərilirdi

14 080 nəfər

Fantastika!

Super!

Demək hələ hər şey itirilməyib.

Mən də “Kimin qızından əskiyəm?” prinsipini rəhbər tutaraq üz tutdum Səbayel seçki dairəsinə.

“Salam, mən gəlmişəm. Mən də sizin dairədən seçilmək istəyirəm. Ovasiyalara ehtiyac yoxdur, möhtərəm komissiya üzvləri. Mən əlimdən gələni edəcəyəm ki, seçildiyim ərazinin truba, təmir və abadlıq işlərində problemi olmasın”

Komissiyanın qapısına gələnə kimi mən hələ də bu xəyallarda idim.

Lakin gerçəklik sən demə belə deyilmiş. Fikrimi çatdırmaq asan olsun deyə bu yerin adını qoyacağam

OFİS. Seçki ofisi

Ofisə girər girməz işçilərin heyrət dolu baxışları ilə rastlaşdım. Nə salam nə kəlam.


-- Hansı partiyadansan? – deyə katib məndən soruşdu.


-- Bitərəfəm.


-- Eşidirəm səni! – deyə onsuzda soyuq olan baxışlarını kosmik zülmət hərarətinə çatdırdı.


-- Mənə imza vərəqələri verərsinizmi? Namizədliyimi, o məsələ - irəli sürmək istəyirəm...

-- Mm qardaş, bilirsən necədir, sən fiziki olaraq imza toplaya bilməyəcəksən, çünki biz sənə imza kağızını verəndən sonra sən bankda hesab açdırmalısan, hesab açılandan 24 saat sonra imza toplaya bilərsən, - deyə ofis əhli çoxmənalı baxışlarla məni süzdülər.

- Sən, çox güman ki, bu gün banka çatmayacaqsan (saat isə hələ 12 idi) bildiyiniz kimi də bu gün ayın artıq 11-dir.


Bu insanla danışa-danışa, mən balacalaşdığımı hiss edirdim, səsim isə siçan civiltisinə bənzəyirdi.

- Əşşi, sizin nəyinizə gərək, verim kağızlarımı, gedim imzalarımı toplayım. - Deyə çəki dərəcəmizdəki fərqə baxmayaraq bu sözləri özümdən sıxıb çıxara bildim.

Mənim miskinliyim onun qüruru idi. Çox əlləşib vuruşsam da, heç bir imza kağəzə ala bilmədim. Suyu süzülə-süzülə qayıtdım redaksiyaya.

Burada məni daha bir sürpriz gözləyirdi: əməkdaşımız Babək Bəkir də namizədliyini irəli sürmək eşqinə düşərək, məndən bir gün qabaq, yollanıbmış Binəqədi seçki komissiyasına.

Məni rahatlıqla yola salsalar da, Babəkin namizədlik sövdəsi bir az qəliz olub. Onu qeydiyyatda olduğu rayonun heç bir dairəsində qəbul etməyiblər. O isə geri çəkilmək istəməyib. Sonra da məlum olub ki, onun qeydiyyatda olduğu ünvan iki dairəyə baxır. Bir neçə saat, 7-8 km bir-birindən aralı yerləşən dairələr arasında get-gəl edəndən sonra Babək də mənim kimi əl-ətəyindən uzun geri dönür.

Mən isə ayın 13-ü yenə də YAP -ın internet səhifəsinə nəzər saldım. Mənə mədəni şəkildə “yox” deyən zaman ərainzdə

qeydə alınan YAP namizədlərinin sayı artıq 14 160 nəfərə çatmışdı

XS
SM
MD
LG