Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 08:27

Qafqazda korrupsiyaya görə ən pis vəziyyət Azərbaycandadır


"Transparency International" Beynəlxalq Şəffaflıq Təşkilatının loqosu
"Transparency International" Beynəlxalq Şəffaflıq Təşkilatının loqosu
"Transparency İnternational" beynəlxalq şəffaflıq təşkilatının bu gün yayılan hesabatına görə Azərbaycan korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 143-cü sıradadır. Korrupsiyaya görə sıralamada Azərbaycanın yan-yörəsində Filippin, Nepal kimi ölkələr yerləşir.

Amma Beynəlxalq Şəffaflıq Təşkilatı qeyd edir ki, keçən ilə baxandan Azərbaqycanda vəziyyət cüzi də olsa yaxşılaşıb. Azərbaycan keçən ilki 1.9 ballıq yerdən bu il 2.3 bala yüksəlib. Təşkilat ehtimal edir ki, bu, hökumətin biznes mühitini yaxşılaşdırmaq və korrupsiyaya qarşı mübarizə sahəsində qərarları ilə bağlı ola bilər.

Təşkilatı hesab edir ki, korrupsiyanın cəmiyyətin bütün sahələrinə yayıldığı bir şəraitdə hökumətin korrupsiya mövzusunu ictimai təşkilatlarla müzakirə etməyə razılaşması müsbət inkişafdır. Amma hökumət korrupsiya əleyhinə qanunların icrası sahəsində vəziyyəti yaxşılaşdırmalıdır.

Azərbaycan korrupsiya sahəsindəki vəziyyətə görə Qafqazdakı bütün qonşularından geridədir.

Ermənistan keçən ilə baxandan bir qədər gediləsə də yenə də Azərbaycandan yuxarıda – siyahının 120-ci pilləsində qərar tutub.

Gürcüstan isə korrupsiyalaşmış ölkələrin sırasından Azərbaycandan iki dəfəyə qədər yuxarı pillədə - 66-cı yerdə qərarlaşıb. Rusiya isə Azərbaycandan üç pillə geridə - 146-cı yerdədir.
XS
SM
MD
LG