Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:59

«Komsomol qayıtmayıb, o elə var idi»


«Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı» İctimai Birliyinin təsis qurultayı
«Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı» İctimai Birliyinin təsis qurultayı
MTN-DƏ QURULTAY

25 dövlət, 14 özəl tədris müəssisəsinin tələbə təşkilatları Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində bir araya gəlib Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyinin təsis qurultayını keçiriblər. Qurultayda prezident İlham Əliyevin təbrik məktubu oxunub. Prezident ölkə gəncliyi qarşısında mühüm vəzifələrin durduğunu deyib.

Qurultayda çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 200 minlik tələbə ordusunun vahid qurumda fəaliyyətə başlamasını mühüm addım adlandırıb.

KOMSOMOLUN BƏRPASI?

Amma qurultay işini bitirər-bitirməz tələbələrin belə bir formada birləşməsinə, özü də onların öz toplantılarını Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində keçirməsinə münasibət bildirən müstəqil gənclər təşkilatları hesab edirlər ki, bu, tələbələrin birləşməsindən çox keçmiş komsomolun bərpa edilməsinə oxşayır.

Demokratik İslahatlar Partiyası Gənclər Təşkilatının sədri Ramin Hacılı yeni qurumun fəaliyyətinə uğurlar arzulayır və hesab edir ki, əgər tələbə-gənclərə azadlıq, sərbəstlik veriləcəksə, bu birlikdən nə isə gözləməyə dəyər. Yox əgər hakimiyyətin tapşırığıyla fəaliyyət göstərəcəksə, tələbələrin bu birliyə ümid bəsləməsinə yer qalmır. Qaldı ki, əksər tələbələri özündə birləşdirən birliyin yaradılmasının komsomolun bərpası kimi qiymətləndirilməsinə, Ramin Hacılı hesab edir ki,
Ramin Hacılı
Azərbaycanın təhsil ocaqlarından komsomol heç yerə getməmişdi, o elə var idi, sadəcə, başqa–başqa formalarda .

«GƏNCLƏRƏ DEYİLDİ Kİ…»

Ramin Hacılıya görə, əslində, hakimiyyətin ehtiyacı olmadan belə bir qurumun yaradılması mümkün deyil. Cənab Hacılı deyir ki, hələ 2005-ci il parlament seçkiləri ərəfəsində universitetlərdə tələbələrin idarəetmə qurumlarının yaradılmasıyla bağlı ABŞ səfirliyi və «Soros» Fondunun keçirdiyi layihə əsasında xeyli aktiv fəaliyyətə başlamasına hakimiyyət bir qədər dözümlü yanaşsa da sonradan bunun qarşısı alındı:

«Gənclər rektorluğa dəvət olundular, hansı ki, «Soros» Fondu tərəfindən seçilmişdilər, onlara deyildi ki, siz ölkədə «narıncı inqilab» etmək istəyirsiniz. Onların azad fikir demələrini, korrupsiyaya qarşı kampaniya aparmalarını istəmədilər, daha çox özlərinin tələblərinə uyğun olan gəncliyi istədilər. Və həmin andan siyahılar dəyişdirildi. Bu layihənin həyata keçirilməsinə əvvəlcə imkan verdilər, amma sonra bunu dayandırdılar. Və bunu həmin o gənclər təşkilatlarını yaratmaqla ört-basdır etdilər. Və həmin gənclər təşkilatları guya müstəqil fəaliyyət göstərirdilər, amma bu günə qədər onların heç bir müstəqil fəaliyyətləri olmayıb».

«KOMSOMOL QALIB, SADƏCƏ…»

Ramin Hacılı deyir ki, indi gənclərin bir bayraq altına yığılması da bloqqerlərin həbsindən sonra gənclər təşkilatlarının fəallaşması və birləşməsinə verilən cavabdır:

«Yəni komsomol qalıb, sadəcə, sovet dövründən fərqli olaraq indi qadağalar qoymaq asan deyil, ona görə də bir tərəfdə fəallaşan gənclərə belə bir formada cavab verilir, bütün bunlar cavab atəşləridir».

Ceyhun Osmanlı
Amma Ramin Hacılı komsomolsayağı cavabların uğursuz olduğunu deyir. Hesab edir ki, uğursuzluq da ona görə olur ki, həmin gənclər təşkilatlarına azadlıq, müstəqillik verilmir.

«TƏLƏBƏLƏR ÖLKƏ GƏNCLİYİ ÜÇÜN ÖNƏMLİ POTENSİALDIR»

«İrəli» İctimai Birliyinin sədri Ceyhun Osmanlı isə səslənən fikirlərlə razılaşmır. Onun sözlərinə görə, tələbələr ölkə gəncliyi üçün olduqca önəmli bir potensialdır. Bu baxımdan da onlara dəstək verməyə ehtiyac var. O, ali təhsil müəssisələrində komsomolun yenidə qayıdışı barədə səslənən fikrilərlə razı deyil:

«Bir neçə il öncə də tələbə təşkilatları yaradılmışdı və indi onların birləşməsi çox önəmli haldır. Dünyanın hər yerində belə tələbə təşkilatları var. Onlar müxtəlif layihələr həyata keçirilər. Bu o demək deyil ki, Avropada komsomol hərəkatı vüsət alıb. Yəni, hər bir təşkilatın öz yolu, öz dəsti-xətti var».

FƏALLAŞAN GƏNCLƏR TƏŞKİLATLARINA CAVAB

Bloqqer Əli Novruzovsa tələbə təşkilatlarının yeni birliyi haqqında danışmazdan əvvəl deyir ki, o, həmin birliyin ilk olaraq hansı işi görəcəyini gözləyir. Elə adı çəkilən birlik haqqında da sözünü onda demək istəyir. Amma hesab edir ki, indiki ərəfədə, özü də hökumətin xeyir-duası ilə, tələbə gənclər birliyinin yaradılması daha çox fəallaşan gənclər təşkilatlarına bir cavabdır.
XS
SM
MD
LG