Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:48

AİDS Ukrayna və Rusiyada milli epidemiya səviyyəsindədir


Beynəlxalq AİDS günü ilə bağlı Ağ Evin qarşısına asılmış böyük qırmızı lent. Vaşinqton, 30 noyabr 2009
Beynəlxalq AİDS günü ilə bağlı Ağ Evin qarşısına asılmış böyük qırmızı lent. Vaşinqton, 30 noyabr 2009
Bu gün Beynəlxalq AİDS günüdür. Bu günü qeyd etməkdə məqsəd HİV virusu və onun yayılmasının qarşısını almağın yolları barədə ictimai maarifləndirməni artırmaqdır.

BMT-nin HİV/AİDS Proqramının yaydığı hesabatda deyilir ki, Şərqi Avropa və Orta Asiya dünyanın müstəsna iki regionudur ki, burada HİV virusunun yayılma sürəti açıq-aşkar artmaqda davam edir. Ötən il bu ərazidə daha 110 min nəfər HİV-ə yoluxub ki, bu da yoluxanların ümumi sayını 1.5 milyona gətirib çıxarıb.

Ukrayna və Rusiyada bu, xüsusilə artan milli epidemiya səviyyəsindədir. Ukrayna bu göstəriciyə görə Avropada birincidir.
XS
SM
MD
LG